Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank və bazarda aktiv fəaliyət göstərən akademiyalardan biri “Div Academy”nin birgə təşəbbüsü ilə həyata keçirilən “AI for Good” süni intellekt təlim proqramının rəsmi açılış mərasimi keçirilib.

Sosial yönümlü proqram valideynini itirmiş, 18–23 yaş aralığında olan gənclər arasında böyük maraq doğurub. Ümumilikdə 457 nəfər proqrama müraciət edib. Namizədlərin bilik səviyyəsi, motivasiyası və inkişaf potensialı əsasında aparılan çoxmərhələli seçim prosesi nəticəsində 148 nəfər ikinci mərhələyə vəsiqə qazanıb. Növbəti mərhələdə bu iştirakçılar arasından 46 nəfər seçilərək daha dərin qiymətləndirmə mərhələsinə keçib. Hazırda isə bu namizədlər arasından 20 iştirakçı yekun seçim mərhələsində müəyyənləşdirilib.

Seçilmiş iştirakçılar üç ay davam edəcək təlim proqramı çərçivəsində süni intellektin əsas anlayışları, no-code texnologiyaları və bu alətlərin praktiki tətbiqi üzrə bilik və bacarıqlar əldə edəcəklər. Tədris prosesi mentorluq görüşləri və praktiki layihələrlə müşayiət olunacaq.

Layihə “PAŞA Bank”ın sosial məsuliyyət strategiyasına uyğun olaraq gənclərin inkişafına, rəqəmsal savadlılığın artırılmasına və gələcək peşə perspektivlərinin genişləndirilməsinə töhfə verməyi hədəfləyir. Bank fəaliyyətə başladığı gündən insan kapitalının inkişafını, biliklərin paylaşılmasını və regional potensialın gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. “PAŞA Bank” gələcəkdə də gənclərin təhsil və karyera imkanlarını genişləndirən layihələrə imza atmağa davam edəcək.

11.02.2026 14:20

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18