"Abşeron" yatağında təbii qazın hasilatına başlanılacağı vaxt açıqlanıb
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında ilk təbii qazın hasilatına 2029-cü il sentyabrın 1-də başlanılacağı planlaşdırılır.
Bu barədə "Total Energies" şirkətindən bildirilib.
Məlumata əsasən, bu layihə ilə bağlı Maliyyə İnvestisiya Qərarının bu ilin iyulunda verilməsi gözlənilir.
"Abşeron qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycana aid olan hissəsində, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşir. İşlənmənin birinci mərhələsi – İlkin Hasilat Sxemi (İHS) – tək ABD-001 quyusunun 35 kilometrlik sualtı boru kəməri vasitəsilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mövcud Neft Daşları qurğularının yaxınlığında, dayaz sularda yerləşən platformaya qoşulmasından ibarətdir. Bu mərhələ 36-39 min barel gündəlik neft ekvivalenti (bne/gün) (4,2 milyon Sm3/gün qaz, 12,8 min barel/gün kondensat) uzunmüddətli maksimum hasilatın nəzərdə tutulduğu layihədir. Dayaz sahədə yerləşən İHS platformasında qaz və maye separasiya olunduqdan sonra elavə emal, saxlama və ixrac məqsədilə Neft Daşlarının qurğularına ötürülür", - şirkətdən bildirilib.
Qeyd edilib ki, Neft Daşları emal olunmuş lay suyunu öz laylarına geri vurur: "İlk hasilat 2023-cü ilin iyul ayında elan edilib. 1-ci mərhələdən sonra partnyorlar, 2025-ci ilin əvvəllərində start verilmiş İlkin texniki layihələndirmə (İTL) ilə Abşeron yatağının tammiqyaslı işlənməsini davam etdirmək barədə qərar qəbul edib:
"Yatağın Tammiqyaslı İşlənməsi mərhələsi ilə maksimum hasilat dövründə 110 min bne/gün əlavə hasilatın təmin ediləcəyi gözlənilir. İşlənmə konsepsiyasına qaz və mayelərin emalı və ixracı məqsədilə 140 kilometrlik çoxfazalı sualtı boru kəməri ilə Səngəçal ərazisində quruda inşa edilən yeni qurğulara qoşulan üç dərinsulu quyu vasitəsilə əhəmiyyətli sualtı işlənmə mərhələsi daxildir. Maksimum hasilat dövründə, 2-ci mərhələdə gündəlik qaz hasilatı 12,7 milyon kub metr (ildə 4,5 milyard kub metr) təşkil edəcək və 1-ci mərhələ üzrə hasilatdan əlavə, ilk dövrdə gündə 35 000 barel kondensat hasil ediləcək".
Xatırladaq ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır. "Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə SOCAR arasında müqavilə imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
4 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
4 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"






















