“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
03 aprel 2026-cı il tarixində BDU Qazax filialında “Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə tələbələrin iqtisadi biliklərini artırmaq və onların maliyyə savadlılığını inkişaf etdirmək məqsədilə “Müasir yatırım imkanları” mövzusunda seminar keçirilib. Tədbir filialın rəhbərliyi, müəllim heyəti və tələbələrin iştirakı ilə baş tutub.
“Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin tədris üzrə baş mütəxəssisi, iqtisad üzrə fəlsəfə doktoru Rövşən Məmmədov “Birjada qiymətin dəyişməsindən necə qazanmaq olar ? ” mövzusunda, şirkətin maliyyə məsləhətçisi Rəşad Mustafayev isə “Bitcoin haqqında məlumat” başlıqlı təqdimatla çıxış edib. Seminar çərçivəsində tələbələrə maliyyə bazarının funksiyaları, investisiya imkanları, risklərin idarə olunması, qiymətli kağızların alqı-satqısı və iqtisadiyyatdakı rolu barədə ətraflı məlumat verilib.
Seminarın sonunda sual-cavab olub. İştirakçılara tədris kurslarında iştirak üçün 10%, 4 nəfərə 20% və 3 nəfər xüsusi fərqlənənlərə 50% endirim elan olunub.
Filialda hal-hazırda 1750 tələbə təhsil alır və gələcəkdə seminarların bütün heyət üçün mütəmadi keçirilməsi təşəbbüsünü irəli sürülüb.
İştirak etmək istəyənlər çox olsada yer məhdudiyyəti ilə əlaqədar 55 nəfər iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















