10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
"Anthropic", "Coefficient Bio" şirkətini 400 milyon dollara satın aldı"Anthropic" (Claude.ai) biotexnologiya sahəsində fəaliyyət göstərən "Coefficient Bio" şirkətini 400 milyon dollarlıq bir səhm əməliyyatı ilə satın alıb.
Marja xəbər verir ki, bu razılaşma, Anthropic-in oktyabr ayında elmi tədqiqatçıların kəşflər aparmasına kömək edən bir vasitə olan “Claude for Life Sciences”i təqdim etməsindən sonra, şirkətin səhiyyə və həyat elmləri sahəsində irəliləyişini davam etdirdiyi bir dövrdə baş verib.
Samuel Stanton və Nathan C. Frey "Coefficient Bio"nu təsis edən şəxslərdir. Hər ikisi "Genentech"in "Prescient Design" bölməsində hesablama əsaslı dərman kəşfi sahəsində çalışdıqdan sonra səkkiz ay əvvəl bu təşəbbüsü başlamışdılar.
"Coefficient Bio" süni intellekti dərman kəşfi və digər bioloji tədqiqat proseslərini daha səmərəli etmək üçün istifadə edirdi. Təxminən 10 nəfərdən ibarət olan komandanın "Anthropic"in səhiyyə və həyat elmləri komandası ilə birləşəcəyi gözlənilir.
"Anthropic" süni intellektin (AI) inkişaf etdirilməsilə məşğul olan bir ABŞ şirkətidir və məqsədi etibarlı, izah edilə bilən və idarə oluna bilən süni intellekt sistemləri yaratmaqdır.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
4 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
5 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
6 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib




















.jpg)






