Kreditini AFB Bank-a daha sərfəli şərtlərə keçir!
(®) AFB Bank yeni kampaniya ilə müştərilərə kreditlərini daha sərfəli şərtlərlə yeniləmək imkanı təqdim edir. Əgər yüksək faizlə kreditiniz varsa, onu AFB Bank-a köçürərək daha aşağı faizlə kredit əldə edə bilərsiniz.
Bu kampaniya sayəsində müştərilər kreditlərini daha rahat şərtlərlə ödəyə, aylıq ödənişlərini azalda bilərlər. Təklif çərçivəsində faiz dərəcəsinə 6%-dək endirim tətbiq olunur, eyni zamanda kreditlər 0%-dən başlayan komissiya ilə təqdim edilir. Bu isə əlavə xərclərin azalması və ümumi ödənişlərin daha sərfəli olması deməkdir.
AFB Bank həmçinin bir neçə yerdə olan kreditləri bir yerə toplamağa imkan yaradır. Beləliklə, müştərilər yalnız bir ödəniş edərək borclarını daha rahat idarə edə bilirlər.
Kampaniya çərçivəsində kredit məbləği 1 000 AZN-dən 50 000 AZN-dək, müddət isə 3 aydan 59 ayadək təşkil edir. Kreditlər 10.5%-dən başlayan faizlə təqdim olunur.
AFB Bank-ın başdan-başa rəqəmsal kredit xidməti müştərilərə banka gəlmədən kredit üzrə müraciət etmək imkanı yaradır. Sadələşdirilmiş müraciət prosesi, sürətli qərarvermə və rahat ödəniş şərtləri kredit məhsullarının əlçatanlığını artırır, gündəlik maliyyə ehtiyaclarına operativ həllər təqdim edir.
Qeyd edək ki, kampaniya 29 may 2026-cı il tarixinədək qüvvədədir.
Kampaniyadan yararlanmaq üçün linkə keçid etmək kifayətdir:
https://digital.afb.az/about/211
Hazırda AFB Bank ölkə üzrə 12 filial ilə fəaliyyət göstərir. Bankın həyata keçirdiyi Transformasiya Strategiyası çərçivəsində müştərilər üçün daha sərfəli, əlçatan və müasir maliyyə həllərinin təqdim olunması əsas prioritetlərdən biridir. Müştərilər həmçinin 1545 qısa nömrəli Məlumat Mərkəzi, mobil bank və internet bank vasitəsilə də bank xidmətlərindən rahat şəkildə yararlana bilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
3 saat əvvəl
Bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Kaşıbeyaz" artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı "Dreamland"də - FOTOLAR
-
8 saat əvvəl
Bank of Baku üçün ADA Universitetində II mini MBA proqramı başladı
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Tramp: Yüksək səviyyəli iranlı rəsmilərlə görüşməyə hazıram
Tramp: İranla razılaşma bu gün imzalanacaq
Ən çox oxunanlar
Bank of Baku üçün ADA Universitetində II mini MBA proqramı başladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur!
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
DJ Turaldan avtomobil sürücülərinə vacib mesaj! - VİDEO
Leysan, sel, yanğın zamanı evə dəyən zərəri kim ödəməlidir?






.jpg)
.jpg)




.jpg)




