Azərbaycana körfəz ölkələrindən gələnlərin sayı 70 min nəfərə yaxın azalıb - İRAN MÜHARİBƏSİ TURİST AXININA MƏNFİ TƏSİR EDİB
2026-cı ilin yanvar-mart aylarında Azərbaycana körfəz ölkələrindən gələnlərin sayı 16,7 faiz azalaraq 69,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 8,9 faiz azalaraq 216,4 min nəfər təşkil etmişdir.Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan Respublikasından xarici ölkələrə getmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə məlumat yayıb.
Məlumata görə, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 172 ölkəsindən 484,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 25,9 faizi Rusiya Federasiyası, 21,7 faizi Türkiyə, 8,9 faizi İran, 5,3 faizi Gürcüstan, 4,1 faizi Qazaxıstan, 3,6 faizi Hindistan, hər birindən 3 faiz olmaqla Pakistan və Özbəkistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Çin, 1,9 faizi İsrail, 1,6 faizi Ukrayna, 1,5 faizi Türkmənistan, 1,2 faizi Böyük Britaniya, hər birindən 1,0 faiz olmaqla Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, 11,7 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 71,8 faizini kişilər, 28,2 faizini qadınlar təşkil etmişdir.
2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2026-cı ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,4 faiz artaraq 21,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq 177,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 16,7 faiz azalaraq 69,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 8,9 faiz azalaraq 216,4 min nəfər təşkil etmişdir.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,6 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2026-cı ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 3,5 faiz azalaraq 452,6 min nəfər olmuşdur.
Vətəndaşlarımızın 40,2 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çox), 15,6 faizi Rusiya Federasiyasına (4 faiz az), 10,2 faizi Gürcüstana (11,0 faiz az), 9,3 faizi İrana (15,8 faiz az), 24,7 faizi isə digər ölkələrə (8,7 faiz az) getmişdir. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil etmişdir.
2026-cı ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,0 faizi hava, 29,0 dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
24 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır






.jpg)
.jpg)



.jpg)



.jpg)










