Bank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDUR!
(®) Bank of Baku ölkəmizdə inklüziv cəmiyyətin formalaşdırılmasına dəstək olaraq daha bir layihə həyata keçirib.
“Aprel – Ümumdünya Autizm Maarifləndirmə ayı” çərçivəsində Gəncə şəhərində autizm və neyromüxtəlifliyi olan gənclərdən ibarət “Mavi Ürəklər” inklüziv musiqi qrupunun konserti baş tutub.
SEVGİ VARSA, FƏRQ YOXDUR! – Autizmi tanı, sevgini paylaş!
“Sevgi varsa, fərq yoxdur!” şüarı ilə keçirilən konsert proqramı Bank of Baku və “Birgə və Sağlam” İctimai Birliyinin birgə təşkilatçılığı, həmçinin “PAŞA Mall” və “Gəncə Mall”un tərəfdaşlığı ilə 25 aprel tarixində keçirilib.
Tədbirin məqsədi cəmiyyətdə autizm spektr pozuntusu və neyromüxtəlifliyi olan fərdlər barədə cəmiyyəti məlumatlandırmaq, onlara doğru münasibəti təbliğ etmək, eləcə də autizmli şəxslərin bacarıqlarına, istedadlarına inamı aşılamaqdır.
Tədbirdə iştirak edən Bank of Baku-nun Reklam və PR departamentinin rəhbəri Əhməd Əhmədov öz çıxışında bildirib ki, Bank of Baku KSM strategiyasında inklüziv layihələrə xüsusi diqqət ayırır və bu konsertin keçirilməsində də məqsəd autizm spektr pozuntusu olan fərdlərin cəmiyyət tərəfindən qəbul edilməsi prosesinə töhfə verməkdir.
“Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi Aytən Eynalova isə autizm spektr pozuntusu ilə yaşayan fərdlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasının, onların sosial həyatda, təhsildə və iş dünyasında bərabərhüquqlu üzvlər kimi iştirakının əhəmiyyətini vurğulayıb.
“Gəncə Mall”un meneceri Şərif Ələkbərli isə “PAŞA Mall” adından çıxış edərək belə həssas və vacib layihələrə ev sahibliyi etməyin onlar üçün qürurverici olduğunu bildirib.
Daha sonra 10 gəncdən ibarət “Mavi Ürəklər” inklüziv muqisi qrupu öz rəngarəng repertuarları ilə 1 saat ərzində Gəncə sakinlərinə və şəhərin qonaqlarına xoş anlar bəxş ediblər.
Məlumat üçün bildirək ki, “Bank of Baku” və “Birgə və Sağlam İctimai Birliyi”nin heyəti konsertdən əvvəl Gəncədə yerləşən Autizm Mərkəzinə də baş çəkib. Mərkəzdə təhsil alan uşaqlar üçün rəsm master klassı təşkil edilib.
Qeyd edək ki, Bank of Baku Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində inklüziv cəmiyyətin dəstəklənməsinə yönəlik layihələrini davam etdirir. Bank ötən il də “Kaşalata” kafesində autizm spektr pozuntusu və neyromüxtəlifliyi olan gənclərlə birlikdə kətan çanta boyama master klassı keçirmişdi.
Bank of Baku hazırda 21 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 3 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
11 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)


.jpg)








