Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
Brent neftinin qiyməti Intercontinental Exchange (ICE) London birjasında 2022-ci ilin iyun ayından bəri ilk dəfə olaraq bir barel üçün 126 ABŞ dollarını keçib.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:40-da Brent nefti 7,02% bahalşama ilə 126,31 dollara ticarət olunub.
ABŞ xam neftinin (West Texas Intermediate (WTI)) qiyməti isə 110 dolları keçib.
Qlobal neft bazarında Yaxın Şərqdə artan geosiyasi risklər fonunda kəskin bahalaşma müşahidə olunur. ABŞ-nin İrana qarşı hərbi variantları nəzərdən keçirdiyinə dair xəbərlər onsuz da həssas olan təklif balansına əlavə təzyiq yaradıb.
Hörmüz boğazı ilə bağlı narahatlıq artır
Böhranın mərkəzində isə dünya enerji tədarükünün təxminən 20%-nin keçdiyi Hörmüz boğazı dayanır.
İranın boğazdakı daşımaları böyük ölçüdə dayandırması və ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokada bazarda ciddi təklif şoku yaradıb.
Analitiklər mövcud vəziyyətin “son illərin ən böyük enerji təchizatı kəsintisi” ola biləcəyini vurğulayırlar.
Məlumatlara görə, ABŞ Prezidenti Donald Trampa İrana mümkün hava zərbələrini də əhatə edən planlar təqdim ediləcək. Bu addımın məqsədinin İranı yenidən nüvə danışıqları masasına qaytarmaq olduğu düşünülür. Lakin bazarlar bu ehtimalı gərginliyin daha da artması kimi qiymətləndirir.
“Optimistlik bitdi, reallıq başladı”
"ING Group"ın analitikləri vəziyyəti belə izah ediblər:
“Neft bazarı həddindən artıq optimistlik mərhələsindən Körfəzdə real təchizat kəsintisi mərhələsinə keçib.”
Bankın analitiki Tony Sycamore qısa müddətdə həll ehtimalının zəif olduğunu bildirib:
“İran böhranında yaxın perspektivdə həlli və ya Hörmüz boğazının yenidən açılması çox da mümkün görünmür.”
OPEC+ artımı kifayət etməyə bilər
Bazarın diqqəti indi OPEC+ iclasına yönəlib. Qrupun gündəlik hasilatı təxminən 188 min barel artırması gözlənilir. Lakin analitiklər hesab edir ki, bu artım müharibə səbəbindən yaranan təchizat itkisini kompensasiya etmək üçün kifayət etməyə bilər.
Digər tərəfdən, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxması kartelin qiymətlər üzərində nəzarət imkanlarını zəiflədə biləcək mühüm amil kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)






