Çinin avtomobil ixracında güclü artım
Çində avtomobil satışları aprel ayında illik müqayisədə 21,6% azalarkən, avtomobil ixracı 74,4% artaraq 901 minə çatıb.Çində ilin əvvəlindən bəri müşahidə olunan avtomobil satışlarının azalması davam edərkən, avtomobil ixracındakı güclü artım diqqət çəkib.
Marja.az xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyası tərəfindən açıqlanan məlumatlara görə, ölkədə avtomobil satışları aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 21,6% azalaraq 1 milyon 625 min ədədə enib.
Benzinlə işləyən avtomobillərin satışları illik müqayisədə 32,2% azalaraq 710 minə düşüb. Elektrikli avtomobillərin satışları isə 10,8% azalaraq 914 min səviyyəsində qeydə alınıb.
Eyni dövrdə avtomobil ixracı isə 74,4% artaraq 901 minə yüksəlib. İxracdakı güclü artım daxili bazardakı satış azalmasını tarazlaşdıran əsas amillərdən biri olub.
İxrac da daxil olmaqla ümumi avtomobil satışları 2 milyon 526 minə çatıb və illik müqayisədə 2,5% azalma qeydə alınıb.
Çində avtomobil satışları ilin ilk dörd ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 20,6% azalıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)







.jpg)







