Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Auditorlar Palatasında struktur dəyişikliyi olub, bir neçə şöbə ləğv edilib

AzVak-mobil_resmin_ustu_31
Auditorlar Palatasında struktur dəyişikliyi olub, bir neçə şöbə ləğv edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Auditorlar Palatasında struktur dəyişikliyi aparılıb və yeni idarə yaradılıb.

Bununla bağlı Palatanın sədri Vahid Novruzov əmr imzalayıb.

Reklam_3_11

Əmrə əsasən, Palatanın strukturunda birbaşa sədrə tabe olan "Xüsusi Auditlər, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, Daxili Nəzarət və Forenzik Təhlillər İdarəsi" yaradılıb.

Yeni idarənin auditor xidməti göstərən subyektlər üzrə komplayns, hüquqi ekspertiza, xüsusi audit, forenzik təhlil, etik nəzarət, risk monitorinqi, peşə nəzarəti və daxili nəzarət üzrə yoxlama funksiyalarını həyata keçirəcəyi bildirilir.

İdarənin fəaliyyətində xüsusi auditlər, terrorçuluğun maliyyələşdirilməsinə və çirkli pulların yuyulmasına qarşı mübarizə, hədəfli maliyyə sanksiyalarına uyğunluq, peşə etikası və hüquqi ekspertiza vahid funksional sistem kimi tətbiq olunacaq.

Yeni idarənin tərkibində aşağıdakı şöbələr fəaliyyət göstərəcək:

- Xüsusi Auditlər və Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsi;

- Daxili Nəzarət və Komplayns şöbəsi;

- Peşə Etikasının Hüquqi Təminatı və Monitorinqi şöbəsi;

- Hüquqi Ekspertiza, Forenzik Təhlil və Metodoloji Təminat şöbəsi.

Eyni zamanda Palatanın strukturunda mövcud olan "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə İdarəsi", eləcə də bir sıra şöbələr ləğv edilib və onların funksiyaları yeni yaradılmış idarəyə inteqrasiya olunub.

Əmrdə qeyd olunub ki, yeni strukturun yaradılmasında məqsəd audit sistemində şəffaflığın, peşə məsuliyyətinin, etik davranışın, komplayns mədəniyyətinin və riskəsaslı nəzarətin gücləndirilməsidir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report"

auditorlar palatası struktur dəyişikliyi Auditorlar Palatası yeni idarə yaradıldı Vahid Novruzov əmri Auditorlar Palatası xüsusi auditlər və komplayns idarəsi Azərbaycan audit və forenzik təhlil idarəsi Azərbaycan AML CFT idarəsi Auditorlar Palatası çirkli pulların yuyulmasına qarşı mübarizə idarəsi Azərbaycan auditor nəzarəti və komplayns sistemi Azərbaycan auditorlar palatasında struktur islahatı audit sistemində şəffaflıq və risk monitorinqi peşə etikası və hüquqi ekspertiza idarəsi auditor xidmətləri
14.05.2026 16:54
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19