Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

“Unibank” yeni iri həcmli maliyyə vəsaiti cəlb edib

Unibank beynəlxalq fonddan 20 milyon ABŞ dolları həcmində kredit cəlb edib
AzVak-mobil_resmin_ustu_31
“Unibank” yeni iri həcmli maliyyə vəsaiti cəlb edib
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Unibank” KB ASC beynəlxalq maliyyə bazarlarındakı mövqeyini daha da gücləndirərək, yeni iri həcmli maliyyə vəsaiti cəlb edib.

Marja banka istinadən xəbər verir ki, “responsAbility Investments AG” ilə strateji tərəfdaşlıq çərçivəsində Bank ümumilikdə 20 milyon ABŞ dolları məbləğində iki kredit xətti əldə edib.

Reklam_3_11

Bu əməkdaşlıq “Unibank”ın dayanıqlı inkişaf prinsiplərinə sadiqliyinin və beynəlxalq maliyyə institutlarının Banka göstərdiyi yüksək etimadın göstəricisi kimi qiymətləndirilir.

Cəlb olunan vəsaitin 10 milyon ABŞ dolları (AZN ekvivalentində) “Global Climate Partnership Fund SA” tərəfindən 5 il müddətinə təqdim olunub. Qalan 10 milyon ABŞ dolları (AZN ekvivalentində) isə “responsAbility” tərəfindən idarə olunan fondlar vasitəsilə 3 il müddətinə ayrılıb.

Yeni maliyyə resurslarının əsas məqsədi Unibank”ın kredit portfelinin genişləndirilməsi, xüsusilə sahibkarlığın və dayanıqlı layihələrin maliyyələşdirilməsinin dəstəklənməsidir. Bu vəsaitlər Bankın iqtisadiyyatın real sektoruna dəstəyini daha da gücləndirəcək.

“Unibank” KB ASC İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:

“responsAbility Investments AG ilə əməkdaşlıq çərçivəsində cəlb etdiyimiz vəsaitlər “Unibank”ın dayanıqlı inkişaf strategiyasına mühüm töhfə verəcək. Bu tərəfdaşlıq beynəlxalq maliyyə institutlarının Bankımıza göstərdiyi yüksək etimadın bariz nümunəsidir. Xüsusilə, Global Climate Partnership Fund ilə əməkdaşlıq çərçivəsində əldə olunan resurslar yaşıl maliyyələşmə təşəbbüslərimizi genişləndirməyə və ekoloji dayanıqlılığı dəstəkləyən layihələri maliyyələşdirməyə imkan yaradacaq. Məqsədimiz bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirərək həm sahibkarlığın inkişafına, həm də dayanıqlı iqtisadi artıma töhfə verməkdir.”

“responsAbility Investments AG”-ın Maliyyə İnklüzivliyi üzrə Borc Maliyyələşməsi Departamentinin rəhbəri Jaskirat Chadha isə qeyd edib:

“Pərakəndə və KOS müştərilərinə xidmət sahəsində güclü təcrübəyə malik, Azərbaycanın aparıcı banklarından olan Unibank ilə əməkdaşlığa başlamaqdan məmnunuq. Bu maliyyələşmə, yerli bizneslərin maliyyə resurslarına çıxışını genişləndirəcək, eyni zamanda enerji və resurs səmərəliliyi layihələri vasitəsilə iqlim dəyişikliklərinin azaldılmasına yönəlmiş yaşıl maliyyələşmənin inkişafını dəstəkləyəcək. Dayanıqlı özəl sektorun inkişafına və inklüziv iqtisadi artıma töhfə verəcək uzunmüddətli əməkdaşlıq quracağımıza inanırıq.”

Unibank beynəlxalq tərəfdaşlarla əməkdaşlığı strateji prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər Bankın maliyyə dayanıqlığını daha da gücləndirməyə və müştərilərinə daha geniş və rəqabətqabiliyyətli maliyyə imkanları təqdim etməyə xidmət edir.

İş elanları AzVak.az-da

15.05.2026 12:25
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19