970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
iç səhifə xəbər şəkil altı (mobil)_32

Samsung, şirkətin həmkarlar ittifaqı ilə, texnologiya nəhənginin tarixindəki ən böyük tətilin qarşısını almaq üçün kritik danışıqlara başlayıb.

Marja.az xəbər verir ki, tərəflər arasında maaş və bonus mübahisəsi həll edilməzsə, 45 mindən çox əməkdaşın mayın 21-dən etibarən 18 günlük tətilə çıxmaqla hədələdiyi bildirilir.

Reklam_3_11

Dünyanın ən böyük yaddaş çipi istehsalçısı olan Samsung-da baş verə biləcək mümkün istehsal dayanmasının təkcə Cənubi Koreya iqtisadiyyatını deyil, qlobal texnologiya təchizat zəncirinə də mənfi təsir edə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Məhkəmədən tətili məhdudlaşdıran qərar

Danışıqlardan əvvəl Cənubi Koreya məhkəməsi Samsung-un müraciəti əsasında həmkarlar ittifaqına qarşı tələblərini qismən təmin edib. Məhkəmə mümkün tətilin istehsalı pozmayacaq şəkildə həyata keçirilməsinə qərar verib.

Qərara görə tətil səbəbindən istehsalda istifadə olunan materialların zərər görməməsi tələb olunur. Həmçinin təhlükəsizlik və məhsulların qorunması ilə bağlı əməliyyatların normal səviyyədə davam etdirilməsi şərt qoyulub.

Məhkəmə qərarına əməl edilmədiyi təqdirdə iki böyük həmkarlar ittifaqına gündəlik 100 milyon von (təxminən 72 min dollar), ittifaq rəhbərlərinə isə gündəlik 10 milyon von cərimə tətbiq olunaq.

Səhmlər məhkəmənin qərarından sonra bahalaşıb

Məhkəmənin qərarından sonra Samsung Electronics şirkətinin səhmləri səhər əməliyyatlarında 6,7 faizə qədər yüksəlib. Bu artım KOSPI indeksində qeydə alınan 1,4 faizlik yüksəlişi geridə qoyub.

Hökumət rəsmiləri isə tətilin iqtisadiyyat üzərində mümkün təsirləri ilə bağlı getdikcə daha sərt xəbərdarlıqlar edir. Cənubi Koreya iqtisadiyyatının təxminən dörddə birini təşkil edən Samsung-un ixrac göstəricilərində mümkün zəifləmənin iqtisadi artım və maliyyə bazarları üzərində təzyiq yarada biləcəyi qeyd olunur.

Hökumətdən müdaxilə 

Cənubi Koreyanın Baş naziri Kim Min-seok, hökumətin tətilin qarşısını almaq üçün təcili arbitraj da daxil olmaqla bütün variantları nəzərdən keçirəcəyini açıqlayıb.

Ölkənin əmək qanunvericiliyinə görə, Əmək Nazirliyi əmək mübahisəsinin iqtisadiyyat və ya gündəlik həyat üçün ciddi risk yaradacağı qənaətinə gələrsə, təcili arbitraj mexanizmini (mübahisələrin məhkəmədən kənar və ya alternativ həlli üsulları) işə sala bilər. Bu halda tətil və digər iş dayandırma aksiyaları 30 gün müddətinə qadağan edilir.

Süni intellekt təchizat zənciri zərər görə bilər

Samsung-da tətil təhlükəsi xüsusilə süni intellekt sektorunda mühüm əhəmiyyət daşıyan yaddaş çipləri səbəbindən qlobal texnologiya şirkətlərini də narahat edir. Şirkətin istehsal etdiyi yarımkeçiricilər süni intellekt məlumat mərkəzlərindən tutmuş smartfon və noutbuklara qədər geniş sahədə istifadə olunur.

Mediada yer alan xəbərlərə görə, Samsung-un çip bölməsinin rəhbərləri həmkarlar ittifaqına tətil qərarından çəkinmələri ilə bağlı çağırış ediblər. Rəhbərlərin başda Nvidia olmaqla mühüm müştərilərin məhsul keyfiyyəti ilə bağlı narahatlıqlarını dilə gətirdiyi bildirilib.

Bəzi müştərilərin tətil zamanı keyfiyyət təminatının mümkün olmayacağı səbəbindən göndərilən malları müvəqqəti olaraq qəbul etməyi dayandıra biləcəkləri iddia edilir.

Şirkət ilə həmkarlar ittifaqı arasında hökumətin vasitəçiliyi ilə aparılan danışıqların çərşənbə axşamına qədər davam edəcəyi gözlənilir.

İş elanları AzVak.az-da

18.05.2026 09:23
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19