970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" - başqa sözlə "kölgə iqtisadiyyatı"nın azaldılması hesabına əldə olunan gəlirlərin məbləği real ifadədə üç dəfədən çox artıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı" adlı dialoq sessiyada bildirib.

"Vaxtilə insanlar sosial müdafiə sistemindən kənarda qalırdı, əməkhaqqını nağd şəkildə alırdı və dövlət həmin fəaliyyətlərdən heç bir vergi və ya sosial ödəniş əldə etmirdi. İslahatlar nəticəsində insanlar sosial təminat sisteminə inteqrasiya olunur, sosial sığorta ödənişlərindən daxil olan vəsaitlərin bir hissəsi sosial müdafiəyə ehtiyacı olan şəxslərin mənzil təminatına yönəldilir. Beləliklə, bu proses həm cəmiyyətin dəstəyini təmin edir, həm də dövlət üçün dayanıqlı maliyyə mexanizmi yaradır", - deyə o qeyd edib.

Nazir həmçinin deyib ki, hökumətin yanaşması balanslı olub:

"Bir tərəfdən vətəndaşların hüquqları və sosial ehtiyacları nəzərə alınır, digər tərəfdən isə hüquqi intizamın gücləndirilməsi, standartlara uyğun və məsuliyyətli torpaq idarəçiliyi təmin edilir. Siyasətçilər və hökumətlər belə bir dilemma ilə üzləşirlər. Məhz bu səbəbdən Azərbaycan 2019–2025-ci illəri əhatə edən xüsusi hədəf proqramı müəyyən edib. Həmin proqram çərçivəsində qeyri-rəsmi məşğulluğun və yaşayış sahələrinin leqallaşdırılması prosesi həyata keçirilib. Məqsəd isə eyni problemin həlli üçün əlavə maliyyə mənbələri formalaşdırmaqdır".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report" 

20.05.2026 11:07
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19