970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Mənzil sahibi olmaq arzusu rəqəmsal şansın ümidinə qalanda...

Yaxud MİDA-nın mənzil satışı qaydası nə qədər ədalətlidir. MİDA Yeni Yasamalda mənzillərin təxminən 70 faizi kirayəyə verilib. MİDA-nın inşa etdiyi massivdə mənzil alanların 70 faizinin evə ehtiyacı yoxdur
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mənzil sahibi olmaq arzusu rəqəmsal şansın ümidinə qalanda...
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda mənzil tikintisi, sadəcə, insanların evlə təmin olunmaları demək deyil, bu, dövlətin öz vətəndaşlarının rifahını yüksəltmək istiqamətində atdığı ciddi addımların göstəricisidir. Güzəştli mənzil proqramları, infrastruktur layihələri və şəhərsalma təşəbbüsləri əhalinin sosial vəziyyətini yaxşılaşdırır, ölkənin iqtisadi inkişafına təkan verir, şəhərlərin planlı şəkildə müasirləşməsinə imkan yaradır.

Sovetlər zamanı ədalətsiz tələblər, mürəkkəb prosedurlar və məhdud imkanlar insanların mənzil və ya ev arzularının reallaşmasını az qala bir ömür uzadırdı. İndi isə dövlətin fəal dəstəyi ilə özəl sektorun inkişafı sayəsində maddi imkanı olanlar istədikləri vaxt istədikləri yerdə  istədikləri genişlikdə mənzil sahibi ola bilirlər. Bu gün ölkədə tikinti sektoru sürətlə inkişaf edir, hər cür infrastruktura malik yeni yaşayış kompleksləri salınır. Özəlliklə də son illər dövlət tərəfindən təqdim edilən güzəştli mənzillər hətta aztəminatlı ailələrə və insanlara ev sahibi olmaq imkanı verir. Bu cür mənzillərin inşası dövlətin öz vətəndaşlarına yalnız maddi dəstəyi deyil, həm də xüsusən gənclərin və yeni ailələrin möhkəm, güvənli həyat qurmalarına şərait yaradan sosial layihəsidir.

Bu vacib missiyanın həyata keçirilməsi 2016-cı ildən başlayıb. Həmin ilin aprelində Prezident İlham Əliyevin sərəncamı ilə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaradılıb. Agentliyin əsas məqsədi vətəndaşların, ilk növbədə gənc ailələrin şəxsi mənzillərinə sahib olmalarını təmin etməkdir. Müəyyən edilmiş qaydalara əsasən, MİDA hər il Bakıda və digər iri şəhərlərdə inşa etdiyi yeni mənzilləri satışa çıxarır. Proses barədə məlumatlar əvvəlcədən geniş ictimaiyyətə təqdim olunur ki, vətəndaşlar müraciətlərini vaxtında edə bilsinlər. Onlar öz ailə vəziyyətləri, gəlirləri və s. barədə məlumatları elektron qaydada təqdim edirlər. Seçim prosesində ərizələr ekspertlər tərəfindən qiymətləndirilir, gənc ailələrin mənzilə olan ehtiyacları nəzərə alınır. Mənzil sahibi olmaq istəyənlərin sayı çox olduğundan vaxtında müraciət və düzgün sənəd təqdim etmək vacib şərt sayılır.

Bura qədər hamısı yaxşı. Amma sonrası... Nə sirdirsə, hər dəfə satış başa çatandan sonra narazılıqlar uzun müddət səngimir. İllərdir çoxları ümidlərini itirmədən bu fürsəti gözləyirlər. Lakin nəticə başqa reallıqdan soraq verir. Bu reallıq da ondan ibarətdir ki, mənzillərin bir qismi, daha doğrusu, əksəriyyəti ehtiyacı olanlara yox, hansı yolla isə "şans"lı olan, amma mənzilə ehtiyacı olmayanlara "qismət" olur. Beləcə, ümidlər sönür və bir zamanlar əlçatan görünən ev şirin arzu olaraq qalır. Bu, evsizlər üçün, sadəcə, bir mənzilin yoxluğu deyil, uzun illərin planlarının alt-üst olması deməkdir. O deməkdir ki, dövlətin bu nəcib sosial layihəsindən yararlanmaq üçün kimlərinsə ədalətsiz qərarı üzündən, sən demə, ehtiyaca ehtiyac yoxdur. "Şans"ın varsa, hətta bir neçə mənzilin, evin olsa da, MİDA-nın satış sistemi səni əliboş qoymayacaq. 

Həmkarlarımızdan biri MİDA-nın Yeni Yasamalda inşa etdiyi massivində yaşayır. Deyir ki, oradakı mənzillərin çoxu - təxminən 70 faizi kirayəyə verilib. Bu o deməkdir ki, MİDA-nın inşa etdiyi massivdə mənzil alanların 70 faizinin evə ehtiyacı yoxdur. Acı və ağrılı mənzərədir, deyilmi? Halbuki bu mənzillər, əslində, kirayədə yaşayan gənc həmkarımız kimi ehtiyacı olan ailələr üçün nəzərdə tutulub. Budur, ədalətsiz satış qaydasının yaratdığı reallıq. O reallıq ki, dövlətin sosial proqramının mahiyyətinə kölgə salır.

Niyə də salmasın? Satışa çıxarılan mənzillərin çoxu saniyələr içində "tükənir" - cəmi 3-5 saniyəyə sahibini tapır. Ancaq bu, sadəcə, cəld olub qabağa düşmək deyil, evi olmayan gənc ailələrin əllərindən alınan fürsət və ədalətsiz satış şərtinin təəssüf doğuran nəticəsidir. Güzəştli mənzil almaq üçün şərt niyə ehtiyac yox, kompüter texnologiyasını daha yaxşı bilmək olmalıdır? Axı MİDA-nın mənzilləri yaranışından ehtiyacı olanlar üçün nəzərdə tutulub. Əgər belədirsə və onların satış qaydası evsizlərin mənzil əldə etməsinə imkan vermirsə, həmin qaydalar niyə dəyişdirilmir? Niyə unudulur ki, dövlət tərəfindən həyata keçirilən güzəştli mənzil proqramları məlum təbəqədən olan əhali qrupu üçün sosial dəstək siyasətidir?! 

Bəs MİDA mənzillərin həqiqətən ehtiyacı olan şəxslərə çatmasını təmin etmək üçün hansı addımları atmalıdır? Bəzi ekspertlər hesab edirlər ki, 30-40 min vətəndaş mənzil üçün müraciət edirsə, 500-600 mənzilin eyni anda satışa çıxarılması ədaləti pozur və sistemin işləməsində ciddi çətinliklər yaradır. Onların fikrincə, mənzilləri birdəfəlik deyil, hissə-hissə satışa çıxarmaq daha məqsədəuyğundur. Məsələn, hər dəfə təxminən 50 mənzilin təqdim edilməsi ilə sistemin yüklənməsinin qarşısı alınar və müraciətlərin daha düzgün qəbul olunması həyata keçirilər. Ekspertlər həmçinin vurğulayırlar ki, mənzilə real ehtiyacı olan şəxslərin əvvəlcədən siyahıya alınmaları daha doğrudur və vacibdir. Düzdür, bu, köhnə üsuldur, sovetlərdən qalan bir sistem nümunəsidir. Amma ədalətlidir. Üstəlik, hazırkı narazılıqları və şübhələri aradan qaldırmaq üçün başqa alternativ də yoxdur. Siyahıya alınma və ictimai nəzarətin tətbiqi sui-istifadə hallarına son qoyar və satış prosesində şəffaflığı gücləndirər.

Sosioloq Elçin Bayramlı isə daha sərt mövqe sərgiləyir: "Bu layihə hakerlər, kompüter mühəndisləri kimi insanlar arasında keçirilən mənzil əldəetmə "çempionat"ına çevrilib. Burada heç bir ədalətdən, məntiqdən söhbət gedə bilməz. Başqa ölkələrin təcrübəsinə baxanda biz görürük ki, rahat şərtlərlə insanlar ev ala bilirlər. 1-2 faizlik kreditlərlə, uzunmüddətli və az tələblə mənzil sahibi olurlar. Bizdə isə şərtlər ağırdır, elə bir texnoloji hazırlıq tələb olunur ki, sadə insanların bu prosesdən anlayışları yoxdur, ola da bilməz. Kimin pulu varsa, 5-10 min manat verib özünə güclü bir mütəxəssis tutur və bir neçə saniyəyə evə sahib olur. Əgər bu sosial layihədirsə, ehtiyac meyarına görə seçim edilməlidir. Normal qaydada şərtlər olmalıdır və proses şəffaf, adi şəkildə aparılmalıdır". 

Belə çıxır ki, proses nə qədər insan amili olmadan texnologiyalar vasitəsilə həyata keçirilsə də, bəri başdan mahiyyətində bir ədalətsizlik var. İlk növbədə rəqəmsal bacarığı olmayanların şansı elə öncədən sıfıra bərabər olur. 

Mənzil, sadəcə, başın üstündəki dam deyil, ailənin gələcəyi, rifahın başlanğıcıdır. Amma göründüyü kimi, dövlətin güzəştli mənzil proqramı gənc ailələr üçün böyük ümidlər versə də, reallıqda prosesdəki texniki boşluqlar, sui-istifadələr və şəffaf olmayan hallar ehtiyac sahiblərini sınağa çəkir. Bu sınaqdan çıxmaq üçün MİDA mənzilə ehtiyacı olanlara arzusuna çatmaqda ədalətli şərait yaratmalı, şəffaf satış mexanizmləri işləyib hazırlamalıdır. Yalnız bu yolla proqramın sosial məqsədi tam gerçəkləşər, gənc ailələr öz evlərinə sahib olarlar. Əks halda, güzəştli mənzillərin satışı texnoloji yarış və əldən çıxan imkanlar olaraq qala bilər. 

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

İş elanları AzVak.az-da

MİDA MİDA mənzilləri güzəştli mənzil güzəştli mənzil satışı MİDA satış sistemi MİDA mənzil almaq Azərbaycanda güzəştli mənzil mənzil tikintisi sosial mənzil proqramı gənc ailələr üçün mənzil MİDA Yeni Yasamal güzəştli mənzil narazılığı MİDA mənzil növbəsi mənzilə ehtiyacı olanlar mənzil satışı şəffaflığı MİDA satış qaydaları dövlət mənzil proqramı sosial ipoteka mənzil təminatı aztəminatlı ailələr üçün mənzil gənc ailələrin mənzil problemi MİDA elektron sistem güzəştli mənzil müraciəti MİDA müraciət qaydaları mənzil almaq üçün şərtlər MİDA mənzilləri kirayə mənzil bazarı Azərbaycan Bakı mənzil tikintisi yaşayış kompleksləri sosial layihə mənzil siyasəti şəffaf satış mexanizmi evsiz ailələr mənzil ehtiyacı MİDA problemləri MİDA narazılıqları güzəştli mənzil proqramı Azərbaycanda sosial mənzil mənzil əldə etmək MİDA satış prosesi güzəştli evlər Azərbaycanda mənzil problemi
04.06.2026 10:31
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Yayın ilk böyük endirimi!
Yayın ilk böyük endirimi!
04.06.2026 11:58
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19