1200 manat xərcləyib, 2400-3000 manat qazanırlar
Oğuzlu fermer hər kəsə gəlirli bitki olan qarğıdalı əkməyi tövsiyə edir
Qarğıdalı əkib-becərmək aqrar sektorun gəlir gətirən sahələrindəndir. Ərzaq təhlükəsizliyinin seqmentləri arasında xüsusi yeri ilə seçilən bu bitki növünün əkin sahələri respublikamızda son illər davamlı olaraq artırılmaqdadır. Oğuz rayonunda keçən il 258 hektar sahədə qarğıdalı əkini aparıldığı halda, 2017-ci ildə bu həcm 346 hektara çatdırılıb.
Rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Etibar Yusubov məlumat verdi ki, qarğıdalı əkini əsasən rayonun Oğuz şəhər, Padar, Sincan, Xaçmaz, Kərimli, Muxas inzibati ərazisində aparılıb.
Ümumilikdə Oğuzda qarğıdalı sahələrinin genişləndirilməsi üçün potensialın olmasını vurğulayan müsahibimiz başlıca problemin su ilə bağlılığını nəzərə çatdırdı. Qarğıdalı suya tələbkar bitki olduğundan fermerlər onun yetişdirilməsində böyük əziyyət çəkirlər. Vegetasiya müddətinin çox - 90-120 gün olması da sıxıntıları artırır.
Qarğıdalı təkrar əkin imkanı olan bitkilərdəndir. Lakin suvarmada yaşanan problemlər fermerlərin təkrar əkinlərə diqqət ayırmalarını əngəlləyir. Hesab olunur ki, suvarmada problemlərin aradan qaldırılması qarğıdalı əkininin daha da genişləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. Çiləmə üsulu ilə suvarmanın aparılması daha effektli sayılır. Beləliklə də, həm məhsul daha bol olar, həm də bu sahəyə meyil göstərənlərin sayı artar.
Qeyd olunan çatışmazlıqlara baxmayaraq, fermerləri müvafiq sahəyə meyillənməyə stimul verən rıçaqlar da mövcuddur. Belə ki, müvəkkil banklardan əsas etibarilə “Aqrarkredit” SKT-nin Şəki filialı qarğıdalının 1 hektar əkini üçün 1200-1700 AZN məbləğində kredit müəyyənləşdirib. Artıq 2 ildir fermerlər həmin imkandan istifadə edirlər. Bu amillər əvvəlki illərlə müqayisədə əkin sahələrinin artırılmasına da təkan verib.
Oğuz rayonunun Bucaq kəndinin sakini, qarğıdalı əkini ilə məşğul olan fermer Rəftar Əhmədli ilə sahədə görüşürük. İlk baxışdan buradakı səliqə-sahman, bitkinin inkişafı, məhsuldarlıq aqrotexniki qaydalara düzgün əməl olunmasından xəbər verir.
Fermerin dediyinə görə, iki ildir ki, qarğıdalı əkinçiliyi üzrə fəaliyyət göstərir. Keçən il 120, bu il isə 90 hektar sahədə əkin aparıb. Ötən il məhsuldarlıq 88 sentner olub. Bu il isə daha çox - hektarın məhsuldarlığının 90-100 sentnerə çatdırılması proqnozlaşdırılır.
Hələlik məhsul yaş olduğu üçün biçinə hazırlıq və əkin altında olan ərazinin mühafizəsi tədbirləri görülməkdədir.
Həmin ərazilər üzrə ümumilikdə əkin aparılan kəndlərin sakinlərindən ibarət olmaqla 17 nəfər işlə təmin olunub. İşçilərin say tərkibi ərazinin sahəsinə uyğun müəyyən edilir.
Respublikamızda yeganə olan Qlükoza zavodunun məhz Oğuz rayonunda fəaliyyət göstərməsi fermeri bu sahəyə cəlb edib. Bu da məhsul üçün konkret satış bazarını müəyyənləşdirir. Fermer zavodun qurutmaxanasından da istifadə edir.
Məhsul təhvil verildikdən sonrakı 3 gün müddətində ödəniş təmin olunur. Bir ton qarğıdalının qiyməti 300 manatdır. Toxum, becərilmə və son məhsul həddinə düşmə dövrü üçün çəkilən xərcin təxminən 1200 manat, hektarın məhsuldarlığının isə orta hesabla 8-10 ton olması nəzərə alınsa mənzərə aydınlaşar.
Təsərrüfatda əsasən yüksək reproduksiyalı “Pioneer” sortlu toxumdan istifadə edilir. Toxumun alınıb gətirilməsini isə zavod təşkil edir. Hektara 600 kiloqram gübrə verilir. Əsas çətinlik isə sahənin ev və çöl heyvanlarından mühafizə edilməsi və suvarılmasıdır.
Özünün kultivatoru və toxumsəpən aqreqatı olduğunu deyən fermer traktoru başqasından icarəyə götürdüyünü bildirir.
Rəftar ixtisasca hüquqşünas olsa da, kənddə doğulub böyüməsi təsərrüfat işlərində ona müsbət təsir edib. Əlavə olaraq yeni sortlarla bağlı Türkiyədən gələn mütəxəssislərin təşkil etdikləri kurslarda da iştirak edib.
R.Əhmədli fermerlərə imkan daxilində qarğıdlı əkməyi tövsiyə edir. Bildirir ki, qarğıdalı çox məhsuldar bitkidir. Bu sahədə çalışanlar peşman olmur. Gəlir imkanları da genişdir. Həm dəni, həm də silosu yaxşı qiymətə gedir. Təxminən ilin 5-6 ayını əziyyət çəksən də, qalan vaxtı rahat və maddi cəhətdən təminatlı şəkildə firavan yaşamağın mümkündür.
© Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
8 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
10 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
10 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
11 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
11 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
11 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR










.webp)


.jpg)












.jpg)
