Bakı-Kiyev-Bakı reyslərinin sayı artırılır
Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti olan “Buta Airways” Kiyevə uçuşların sayını artırmaq qərarına gəlib.
Şirkətin Ukrayna nümayəndəliyindən bildiriblər ki, oktyabrın 29-dan başlayaraq “Buta Airways” Bakı-Kiyev-Bakı reysi ilə həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və cümə günləri uçuşlar həyata keçirəcək. Aviareyslərin sayının artırılması tələbatın çoxluğu ilə bağlıdır.
Qeyd edək ki, “Buta Airways” Bakı-Kiyev-Bakı istiqamətində hazırda həftənin çərşənbə axşamı və çərşənbə günü uçuşlar həyata keçirir.
Xatırladaq ki, loukost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edir.
Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edir. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqajı daşımaq mümkündür. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edir.
Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunur. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkündür. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkündür.
Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
1 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
Ən çox oxunanlar
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb





















