Azərbaycanda istilik sistemlərinə də sayğac qoyulacaq
Kommunal Xidmətlərin Strateji Yol Xəritəsinə uyun olaraq gələn ildən Azərbaycanda istilik sistemlərinə də sayğac qoyulacaq.
Bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev məlumat verib.
Onun sözlərinə görə, sayğacların alınması ilə bağlı hökumətə təkliflər verilib: “Bununla əlaqədar şirkətlərlə danışıqlar aparmışıq, müvafiq təkliflər paketi hazırlayıb hökumətə təhvil vermişik. Sayğaclar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin reyestrinə salınmalıdır. Eyni zamanda həmin sayğacların sertifikatlaşdırılması üçün komitədə akkreditasiya olunmuş laboratoriya quraşdırılmalıdır. Maliyyə təminatı olandan sonra növbəti illərdə bu məsələlər öz həllini tapacaq. Maliyyə təminatı olandan sonra sayğacların quraşdırılması uzun vaxt çəkməyəcək”.
"Azəristiliktəchizat" ASC-nin rəsmisi bildirib ki, ilkin mərhələdə istilik sayğaclarının büdcə təşkilatlarına quraşdırılması nəzərdə tutulub: “Büdcə təşkilatlarında – Səhiyyə Nazirliyinin müəssisələrində bir binanın girişində sayğacın quraşdırılması mümkündür. Eyni zamanda, “Azəristiliktəchizat" tərəfindən isti su ilə təmin olunan yaşayış sahələri və sosial obyektlərdə də sayğacları quraşdırmaq olar. Texniki cəhətdən problem istilik sayğaclarının çoxmənzilli yaşayış binalarında quraşdırılması ilə bağlıdır. SSRİ-nin vaxtında tikilən çoxmənzilli yaşayış binalarında mənzillərdən keçən istilik xətləri bir mərtəbədən digərinə keçir. Bu vəziyyətdə də istilik sayğaclarının qoyulması mümkün deyil. Adətən istilik sayğacları binaların girişində, yaxud blokda paylanmalı olduğu halda mənzillərin girişində qoşula bilər”.
R. Əliyev isti su sayğaclarının quraşdırılmasının doğru hesablama aparılmasını təmin edəcəyini də qeyd edib: “İstilik sayğacları quraşdırılandan sonra verilən istilik enerjisinin dəqiq qeydiyyatı aparılacaq. Hazırda istilik tarifləri yaşayış sahəsinə görə hesablanır. Sayğac yoxdursa, 1 kvadrat metrin qızdırılmasında sərf olunan istilik enerjisinin miqdarı götürülür və ona uyğun tarif tətbiq olunur. Havaların isti və soyuq olması ilə əlaqədar binalara müxtəlif dərəcə istilik verilir, müxtəlif miqdarda istilik enerjisi sərf olunur. Amma kvadrat metrə tarif tətbiq olunanda bizim verdiyimiz temperaturdan asılı olmayaraq eyni tarif tətbiq olunur. İstilik sayğacları isə konkret verilən istilik enerjisinin miqdarını ölçəcək və hesablaşmalar da bunun əsasında aparılacaq. Bu halda da daha doğru hesablama təmin olunacaq”.
© Lent.az
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 17 d. əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 8 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ























