"Bina tikən şirkətlər pis duruma düşə bilərlər"
Daşınmaz əmlak bazarı: Cari gözləntilər.
"Bazarda artan ən əsas risklərdən biridə tikinti sektoru ilə bağlıdır. Söküntü işləri və “sosial mənzillər” üzrə bazara yaxın gələcəkdə çoxlu sayda mənzillərin daxil olması gözlənilir. Bu layihələr onsuzda adi qaydada bina tikən şirkətlərə maneə olur. Yaranacaq təklif artımı adekvat pulla təmin edilmiş tələbatla qarşılanmasa bazarda vəziyyətin pisləşməsi ilə yanaşı tikinti şirkətlərinidə pis duruma sala bilər".
Bunu "Marja"ya "Value and Sources" məsləhət şirkətindən Rəşad Əliyev bildirib.
Onun sözlərinə görə, bazarda qiymətlərin gələcək hərəkətini müəyyən etmək üçün ilk növbədə bazara təsir edən amillər nəzərdən keçirilməlidir. Amilin gücü və təsir imkanları isə həlledici məqamdır:
"Hazırda bazara təsir edən amillər – inflyasiya, söküntü işləri, ipoteka kreditləşməsi, tirizm axının artımı, “sosial mənzillər”, bank sektorundakı vəziyyət, əhalinin sərəncamında olan sərbəst vəsaitlərin azalması və bazar gözləntiləridir.
Neftin qiyməti və manatın məzənnəsi bir təsiredici amillər kimi hələki kənarda qalıblar. Ölkə daxilində pul vəsaitlərinin hərəkəti ilə bağlı məhdudiyyətlər (nağdsız hesablaşmalar ilə bağlı) artıq bazara öz mənfi təsirini göstərdi və bu da artıq bir amil kimi aradan qalxdı".
O, "Bazarı nə gözləyir?" ualına aşağıdakı kimi cavab verib.
"Yaxın zamanlarda yaxşı heçnə. Bazara mənfi təsir edən amillər üstünlük təşkil və buna görədə qiymətlərə müsbət təsir edən texniki faktorlar ortaya çıxmasa vəziyyət yaxşı olmayacaq. Əhəmiyyətli qiymət azalmasının müşahidə edilməməsi o demək deyil ki, bazar stabilləşib. Bu daha çox bazarın “cansız” vəziyyətdə olmasına işarə edir. Alıcının pulu az, satıcının isə satmaq stimulu az. Bazarda alqı-satqı var, ancaq çox aşağı səviyyədədir".
Ekspertin sözlərinə görə, bazarda artan ən əsas risklərdən biridə tikinti sektoru ilə bağlıdır:
"Söküntü işləri və “sosial mənzillər” üzrə bazara yaxın gələcəkdə çoxlu sayda mənzillərin daxil olması gözlənilir. Bu layihələr onsuzda adi qaydada bina tikən şirkətlərə maneə olur. Yaranacaq təklif artımı adekvat pulla təmin edilmiş tələbatla qarşılanmasa bazarda vəziyyətin pisləşməsi ilə yanaşı tikinti şirkətlərinidə pis duruma sala bilər. Onların vəziyyəti hazırda onsuzda yaxşı deyil. Belə görünür ki, bu risklər artıq dövlət qurumları tərəfindəndə nəzərdən keçirilib. Xatırlayırsınızsa müvafiq dəyəşikliklərdən sonra İpoteka Fondu ipoteka kreditlərini tikintisi başa çatmayan mənzillərədə verə bilər. Yəni tikinti sektorundakı risklərin aradan qaldırılması üçün ödəməqabiliyyətli təlabatın formalaşması mühüm məsələdir. Bunun isə yeganə yolu əlverişli şərtlərlə ipoteka proqramının genişləndirilməsidir. Sərt pul-kredit siyasəti dövründə isə bu “röyadır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)




.jpg)
