"Artıq əvvəlki marketinq alətləri bu günkü şirkətləri cəlb etmir"
Artıq əvvəlki marketinq alətləri bu günkü şirkətləri cəlb etmir. "Apamark" şirkətinin Satış departamentinin müdiri Taleh Kərimov-la müsahibə
-İndiki bazar şərtləri ilə yeni müştərilər cəlb etmək asandır yoxsa mövcud müştərilərlə işləmək?
-Bu gün güclü kadrlara sahib olmadan yeni müştərilər cəlb etmək olduqca çətindir. Artıq bir çox şirkətlər kiminlə işləyəcəklərinə daha çox diqqət etməyə başlayıblar. Daha əvvəlki kimi ənənəvi marketinq alətləri bu günkü şirkətləri cəlb etmir. Sifarişçilər artıq hədəf kütləsinə yönəlik və arxasında statistika olan təkliflər almaq istəyirlər. Bizdə öz növbəmizdə bizimlə əməkdaşlıqda maraqlı olan şirkətlərə əsaslandırılmış təkliflər hazırlamağa çalışırıq. Mövcud müştərilərə gəlincə isə hələki hər hansı bir çətinliklə üzləşməmişik. Əksinə onların hər addımlarında yanında olub müvafiq istiqamətlər verməkdə davam edirik.
-Sizcə bu gün bazarda sifarişçi şirkətlər ilə marketinq xidməti göstərən şirkətlər arasındakı münasibətlər hansı mərhələdədir?
-Hal-hazırdakı vəziyyət göründüyündən daha da acınacaqlıdır. Fəaliyyəti müvafiq qurumlar tərəfindən tənzimlənməyən bir çox agentliklər şirkətlərin bel sütununa ağır zərbə vurub və vurmaqda da davam edirlər. Həmin zərbələrdən sonra o şirkətləri doğru istiqamətə yönəltmək və etibarını qazanmaq bizim üçün olduqca çətindir. Digər tərəfdən də marketinq departamentinin olmaması və ya o işləri icra edən şəxslərin mövzudan xəbərdar olmaması işi daha da qəlizə salır. Şirkət olaraq dəfələrlə müxtəlif şirkətlərə getdiyi yolun onlara heç bir satış gətirməyəcəyini və brendin imicinə hər hansı bir müsbət təsirinin olmayacağını, müştəri brendə qarşı loyallıq yaratmayacağını məntiqi əsaslarla izah etmişik, qarşısına faktlar qoymuşuq.
Vəziyyətin daha da qəlizləşməməsi üçün bu sahə ilə məşğul olan və öz imicinə hörmət edən hər bir agentlik/şirkət qarşı tərəfi doğru şəkildə maarifləndirməlidir. Bu işdə təkcə mənfəət güdmək doğru deyil. Bazar hamımızındır və bu bazarın davamlı olması, şirkətlərin rifahı üçün hamılıqla çalışmalıyıq.
-Ortaya keyfiyyətli iş çıxartmaq daha çox sifarişçi şirkətdən asılıdır yoxsa marketinq şirkətindən?
-Burada hər iki tərəfin üzərinə kifayət qədər ciddi məsuliyyət düşür. Bəzən layihələrin icrası zamanı bu işdə heç bir təcrübəsi olmayan insanlar iştirak edirlər ki, bu da nəticə tərəflər arasında problemlərin yaranmasına gətirib çıxarır. İş prosesində yaranan çətinliklərdən biri də sifarişçinin nə istədiyini icraçı tərəfə düzgün çatdıra bilməməsidir. Bu məsələni sadələşdirmək və Sifarişçini doğru anlamaq üçün Apamark şirkəti olaraq müştərilərə müxtəlif brif formaları təklif edirik. Sifarişçi brifi doldurur, daha sonra biz həmin brifin doğru doldurulmasını yoxlayıb, müvafiq işlərə başlayırıq. Biz hər tamamladığımız layihənin sonunda müəyyən analizlər aparır, brif formalarını təkmilləşdiririk. Etiraf etməliyik ki, biz çox işlərin altına öz imzamızı qoymaqdan və ictimaiyyətə təqdim etməkdən qaçırıq. Buna səbəb isə müştərinin istəklərinin qeyri-peşəkar və bazarın tələblərinə uyğun olmamasıdır. Şirkətlər marketinq mütəxəssisi işə götürərkən və ya işi hər hansı bir marketinq şirkətinə verərkən, öz şirkətinin fəlsəfəsini izah etməklə ona tam şəkildə etibar etməlidir. Əks halda ortaya çıxacaq iş hər iki tərəfin imicinə mənfi təsir edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
10 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
11 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
11 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib













.jpg)







