Büdcə vəsaitinin istifadəsində yeni qayda - Növbəti il...
Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edib.
Qaydaya əsasən dövlət büdcəsində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilərdi.
Dəyişikliyə əsasən bu müddəa ləğv edilib. Başqa sözlə, dövlət büdcəsində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilməz.
Qaydaya əsasən Nazirlər Kabineti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilərdi. Dəyişikliyə əsasən Nazirlər Kabineti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə yalnız hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək yalnız il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.
Nazirlər Kabineti "Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları"nda da dəyişiklik edib. Qaydaya əsasən dövlət büdcəsinin Ehtiyat Fondundan maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilərdi. Digər hallarda dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatırdı. Dəyişikliyə əsasən artıq birmənalı olaraq dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatacaq.
Qeyd edək ki, “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər “Büdcə sistemi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunla əlaqədardır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)













.jpg)


