Bank VTB (Azərbaycan) “RUSİYA ÇAĞIRIR!” investisiya forumunda iştirak edi
24-26 oktyabr 2017-ci il tarixində Moskvada VTB Kapitalın “RUSİYA ÇAĞIRIR!” illik investisiya forumu keçirilib. Tədbirdə 2500-dən çox qonaq, o cümlədən dövlət nümayəndələri, investorlar, aparıcı qlobal korporasiyaların rəhbərləri iştirak edib.
“RUSİYA ÇAĞIRIR!” investisiya forumu 2009-cu ildən etibarən keçirilir. Forum, Rusiya biznesi ilə beynəlxalq investorlar arasında effektiv əməkdaşlığın inkişafına kömək edərək yerli iqtisadiyyata portfel və strateji sərmayə cəlb edən aparıcı tədbirdir. Forumun proqramı Rusiya hökumət nümayəndələrinin, iri beynəlxalq təşkilatların və Rusiya şirkət rəhbərlərinin iştirakı ilə keçirilən plenar sessiya və bir sıra panel müzakirələrdən ibarətdir.
VTB (Azərbaycan)-ı builki forumda bankın idarə heyətinin sədri Yevgeni Kirin təmsil edib. Bankın təşəbbüsü ilə forumda həmçinin 3 iri Azərbaycan şirkətinin - AS Group, ISR Holding və Karat Holdingin nümayəndələri iştirak edib.
“Bu növ tədbirlər müxtəlif bazarların nümayəndələri, xüsusilə də Rusiya şirkətləri ilə birbaşa dialoq qurmaq baxımdan çox önəmlidir. Biz, potensial tərəfdaşlarla effektiv kommunikasiya qurmağa təkan verən belə yüksək səviyyəli forumda iştirak etmək imkanı yaratdığı üçün VTB (Azərbaycan)-a öz təşəkkürümüzü bildiririk”- deyə, AS Group şirkətin baş təsisçisi Şahin Mövsümov qeyd edib.
“RUSİYA ÇAĞIRIR” investisiya forumu beynəlxalq səviyyəli aparıcı tədbirlərdən biridir. Azərbaycan şirkətləri üçün bu forumda iştirak etmək həm Rusiya şirkətləri ilə, həmçinin də digər ölkələrdən olan potensial tərəfdaşlarla işgüzar əlaqələrin genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. Biz şirkətlər üçün belə imkan yaratdığımız üçün çox məmnunuq” – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
14 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 35 d. əvvəl
-
39 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
53 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı






















