Azərbaycanda 2 kredit təşkilatı birləşdi
“FINOKO” bank olmayan kredit təşkilatı “Union Credit”-in 100% payını aldı
“FİNOKO” Bank Olmayan Kredit Təşkilatı ASC ilə “Union Kredit” Bank olmayan kredit təşkilatı MMC-nin payçıları arasında “Payların alqı-satqı” müqaviləsi bağlanıb. Müqaviləyə əsasən “FİNOKO”, “Union Kredit”in 100% paylarını almışdır.
Bu barədə “Marja”ya “FINOKO” Bank olmayan kredit təşkilatı ASC-dən bildirilib.
Məlumata görə, hal-hazırda hər iki şirkət birləşərək, vahid “FİNOKO” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti brend altında çıxış etməsi nəzərdə tutulur.
"Bu gün şirkətlərinin birləşməsi mövcud qanunvericiyə uyğun olaraq bütün zəruri hüquqi hazırlıq işləri aparılır. Bu sövdələşmə BOKT-lar arasında ilk dəfə aparılır və Azərbaycanın maliyyə bazarında yeni idarəetmə reallıqları başlanğıcını simvolizə edir",- məlumatda deyilir.
“FİNOKO” təşkilatının strateji inkişaf planına uyğun olaraq regionlarda öz mövcudluğunun gücləndirilməsini planlaşdırır. Bu istiqamətdə ilkin addım Azərbaycanın perspektivli şəhərlərindən biri olan Tovuzda yerləşən “Union Kredit” təşkilatına məxsus Tovuz şəhər filialı ilə baglıdır. Bu filial vasitəsilə “FİNOKO” yaxın zamanda sahibkarlığın inkişafına və təminatlı istehlak kreditlərinin maliyyələşdirilməsi istiqamətində şəbəkə əhatəsini genişləndirmək arzusundadır.
“FİNOKO” Bank Olmayan Kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti 18 sentyabr 2014-cü ildə BKT-28 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. Fəaliyyət dövrü ərzində “FINOKO” BOKT ASC Bakı şəhərində fəaliyyət göstərməsinə baxmayaraq, eyni zamanda Sumqayıt şəhərində, Abşeron rayonunda, o cümlədən bu şəhər və rayonların ətraf qəsəbələrində sahibkarlığın inkişafına və təminatlı istehlak kreditlərinin maliyyələşdirilməsi istiqamətində kreditlər vermişdir. Təşkilat kreditlərin verilməsində səmərəliliyin və davamlılığın təmin olunması üçün peşəkar və təcrübəli işçi heyəti, müasir standartlara cavab verən maddi texniki baza, müvafiq inzibati ofis ilə fəaliyyət göstərir. 30 sentyabr 2017-ci il tarixinə təşkilatın aktivləri 14 milyon 443 min 940 manat, nizamnamə kapitalı 1 milyon manat, məcmu kapital isə 3 milyon 230 min 200 manat təşkil edir.
Təkcə 2016-cı ildə sosial müdafiə ayırmaları və vergi ödənişləri üzrə cəmi 323 min 380 manat vəsait Dövlət büdcəsinə ödənilmişdir.
“FİNOKO” BOKT ASC fəaliyyət müddəti ərzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu ilə müqavilə imzalayaraq, layihələrin icrasını uğurla davam etdirərək, müvəkkil kredit təşkilatı statusunu qazanmışdır.
Gələcəkdə sahibkarlığın inkişafına və təminatlı istehlak kreditlərinin maliyyələşdirilməsi istiqamətində şəbəkə əhatəsini genişləndirmək məqsədilə Azərbaycanın digər şəhər və rayonlarında mövcud qanunvericiləyə uyğun olaraq “FİNOKO” BOKT ASC-nin filialların acılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
-
1 saat əvvəl
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
- 13 saat əvvəl
-
13 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
13 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
13 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
Ən çox oxunanlar
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib





















