Sahibkarlara daha sərfəli məzənnə təklif olunur
Bank VTB (Azərbaycan) sahibkarlara valyuta mübadiləsi əməliyyatları üzrə sərfəli şərtlər təklif edir.
İndi bankda dolları rubla birdəfəlik konvertasiya ilə dəyişmək mümkündür. Beləliklə, bankın korporativ müştəriləri dollarları rubla Moskva banklararası valyuta birjasının məzənnəsinə əsasən dəyişə bilər ki, bu da konvertasiya zamanı daha sərfəli məzənnə nəzərdə tutur.
Bundan başqa, biznesi Rusiya bazarı ilə əlaqədar olan sahibkarlar bir sıra rubl əməliyyatları üzrə sərfəli şərtlər qazanır. Müştərilərə hesablaşma-kassa xidmətləri, kredit və overdraft, sənədli əməliyyatlar, depozitlər, biznes kartları, əmək haqqı layihəsi və ekvayrinq kimi xidmətlər təklif olunur. Hesablaşma-kassa əməliyyatları həyata keçirərkən məbləğ üzrə məhdudiyyət yoxdur. Beləliklə, müştəri istənilən həcmdə pul köçürə və ya konvertasiya edə bilər.
Eləcə də bankda VTB qrupun banklarında (VTB (Gürcüstan), VTB (Ukrayna) VTB (Belarus), VTB(Qazaxıstan), VTB24, Poçta Bank (Rusiya)) hesaba köçürmə üzrə müştərilər üçün əlverişli tariflər mövcuddur. Belə ki, qrup daxilində hesaba köçürmələr üzrə komissiya köçürülən məbləğin cəmi 0,1%-ni təşkil edir. Bundan başqa, VTB qrupu daxilində aparıldığı üçün banklararası köçürmə əməliyyatı çox qısa müddət ərzində həyata keçirilir.
Sahibkarlar üçün nəzərdə tutulan rubl xidmətləri barədə ətraflı məlumatı bankdan əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























