Beynəlxalq təşkilatın Xəzər hövzəsi üzrə nümayəndəliyi açılır
İADC-nin Xəzər hövzəsi üzrə Komitəsi təsis edildi
Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (İADC) Beynəlxalq İnkişaf üzrə vitse-prezidenti cənab Mike DuBose və Assosiasiyanın Dubay nümayəndəlyinin regional təmsilçisi cənab Hişam Zebian SOCAR-AQŞ-nin dəvəti ilə oktyabr ayının 29-dan noyabr ayının 3-nə kimi Bakıda rəsmi səfərdə olublar.
SOCAR-AQŞ-də keçirilən görüşlərdə qonaqlar Baş direktor Ramin İsayev ilə müəssisənin həyata keçirdiyi qazma layihələrinə dair ətraflı fikir mübadiləsi apararaq müxtəlif təqdimatlarla tanış olmuşlar.
Görüş zamanı cənab Mike DuBose Azərbaycanda səfərdə olduğu müddətdə sənaye müəssisələrinin inkişafı, ali məktəblərin kadr hazırlığı siyasəti və ümumilikdə respublikada aparılan islahatlardan məmnunluğunu ifadə edərək ilk səfər təəssüratının zəngin və xoş olduğunu vurğulamışdır.
Ali qonaq SOCAR-AQŞ-nin fəaliyyətini yüksək qiymətləndirərək müəssisənin respublika əhəmiyyətli bir sıra layihələrin əsas təşəbbüskarı qismində çıxış etməsindən məmnunluğunu ifadə edib.
Cənab Mike DuBose İADC-nin Xəzər hövzəsi üzrə Komitəsinin yaradılması istiqamətində SOCAR-AQŞ-nin iki ildən çox bir müddətdə yerli və regional tərəfdaşlarla apardığı məhsuldar müzakirələrin əhəmiyyətini vurğulayaraq yeni təsis olunan bölgə nümayəndəliyinin üzvlük sertifikatını müəssisənin Baş direktoru R. İsayevə təqdim edib.
Baş direktor R. İsayev öz növbəsində göstərilən etimad üçün İADC-nin vitse-prezidentinə minnətdarlığını bildirərək qazma podratçılarını bir araya gətirən mötəbər beynəlxalq təşkilatın Xəzər hövzəsi üzrə nümayəndəliyinin Bakıda açılmasından məmnunluğunu ifadə edib.
Qeyd edək ki, IADC neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzv müəssisəni ətrafında birləşdirməklə sənayedə təhlükəsiz və səmərəli qazmanı təmin edən standartların tətbiqində tərəfdaşlara mütəmadi olaraq öz dəstəyini göstərməkdədir.
İADC-nin yeni yaranan Xəzər hövzəsi üzrə Komitəsi regionda qazma sənayesində tanınmış milli və regional şirkətlərin, təhsil müəssisələrinin və beyin mərkəzlərinin bir araya gətirilməsində xüsusi rol oynayacaq.
Qeyd edək ki, İADC-nin Xəzər hövzəsi üzrə Komitədə SOCAR-AQŞ ilə yanaşı beynəlxlaq qazma şirkətlərinin nümayəndələri və ali təhsil müəssisələrinin tələbələri təmsil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























