Azərbaycanda ilk Fındıq festivalı keçirildi - FOTOLAR
Noyabrın 18-də Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib. Festivalda fındıqdan hazırlanmış geniş çeşiddə məhsullar sərgilənib, müxtəlif müsabiqələr təşkil olunub. Bir-birindən maraqlı əl işləri festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda ildə təqribən 35 min ton fındıq istehsal olunur.
Fındıq istehsalı ölkəmizin kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. Azərbaycanda fındıq istehsalının böyük hissəsi isə Zaqatala rayonunun payına düşür.
Festivalın rəsmi açılış mərasimində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, rayon sakinlərini əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, Zaqatala bu gün respublikamızda ən sürətlə inkişaf edən rayonlardan biridir. Rayonda fındıqçılığın çox böyük potensialı var. Diqqətə çatdırılıb ki, fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib. Hələ 1929-cu ildə rayonda keçmiş SSRİ məkanında yeganə olan fındıq emalı zavodu fəaliyyətə başlayıb. Zavodda istehsal olunan fındıq və konserv məhsulları SSRİ-nin bütün respublikalarına, həmçinin bir sıra Avropa ölkələrinə ixrac edilirdi. 1932-ci ildə isə Zaqatalada ilk fındıqçılıq sovxozu yaradılıb.
Bildirilib ki, fındıqçılıq hazırda Zaqatala rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Son iki ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan 17 min hektara çatdırılıb. Ötən il Zaqatalanın emal müəssisələri tərəfindən 91 milyon manat dəyərində fındıq məhsulu ixrac olunub. Cari ildə isə fındıq ixracının 120 milyon manata çatacağı gözlənilir. 2017-ci ilin 10 ayı ərzində isə xarici ölkələrə 95 milyon manat dəyərində fındıq məhsulu göndərilib.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev çıxış edərək, respublikamızın müxtəlif bölgələrində ənənəvi keçirilən belə festivalların rayonların turizm potensialının təbliği baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıqdan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olublar. Ən gözəl fındıq xonçası, fındıqdan hazırlanmış əl işi, ən gözəl fındıq geyimi, fındıqla bağlı ən zəngin məlumat lövhəsi, fındıq ləpəsinin qısa müddətdə ipə düzülməsi, ən qısa müddətdə fındığın qırılması, ləpənin təmizlənməsi və digər müsabiqələr festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir iştirakçıları “Kənd evi”ndə fındıq qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması prosesini əyani şəkildə izləyiblər.
Festivalda, həmçinin fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullar, fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq nümayiş etdirilib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
11 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
13 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı













.jpg)





.jpg)


