DYP yük avtomobili sahiblərinə xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə xəbərdarlıq edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Yol hərəkəti haqqında” qanununun tələblərinə əsasən sürücülər idarə etdikləri mexaniki nəqliyyat vasitələrində daşıdıqları yükün düşməməsi, hərəkətə mane olmaması üçün hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidirlər.
Bildirilib ki, bu qaydaların pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən qirx manat məbləğində cərimə nəzərdə tutulur:
"Həmin məcəllənin 122.1-ci maddəsinə müvafiq olaraq qeyd olunan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinı nəzərə alaraq, DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin və avtonəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, yük daşıma qaydalarının pozulmasına, yəni qanunvericiliklə nəzərdə tutulmuş qabarit ölçülərindən kənara çıxan, sürücünün ətrafı görməsini məhdudlaşdıran, toz qaldıran, yolu və ətraf mühiti çirkləndirən, yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutan, habelə üstünə örtük çəkilmədən taxıl, ot, yem və tökülən digər yüklərin daşınmasına görə həmin nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılır.
Qeyd olunanlar, eləcə də sadalanan qayda pozuntularının sürücü və DYP əməkdaşlarının iştirakı olmadan aşkarlanaraq sənədləşdirilməsi nəzərə alınaraq, bu növ fəaliyyətlə məşğul olan sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə yük daşıma qaydalara ciddi riayət edilməsi tövsiyə olunur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)









.jpg)
