Azərbaycan və İran arasında avtomobillərin hərəkəti sürətlənəcək
Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında ikitərəfli işçi görüş keçirilib.
Komitədən verilən məlumata görə, tədbir Dövlət Gömrük Komitəsi ilə İranın Gömrük İdarəsi arasında "Məlumat mübadiləsi sistemi üzrə" Texniki Təminat Sənədinin müzakirəsi və gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunub.
Azərbaycan nümayəndə heyətində Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev, həmin idarənin Layihələrin idarə olunması şöbəsinin rəisi Rauf Quliyev, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi Baba Salayev, rəis müavini Mustafa Məmmədov, həmin idarənin Əməliyyat idarəsinin rəisi Məsum Rəsulov və Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev iştirak edib.
İranı isə Gömrük İdarəsinin Gömrük hüquqpozmaları ilə mübarizə idarəsinin rəisi Nemet Allah Moomvandi, İnformasiya texnologiyaları idarəsinin rəisi Firizeh Khiyali, rəis müavini Ali Ramezani, həmin idarənin mütəxəssisi Saeed Arash və Beynəlxalq əməkdaşlıq idarəsinin ikitərəfli əməkdaşlıq şöbəsinin rəisi Amir Habibvand təmsil edib.
Görüşdə Azərbaycan və İran arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili və gömrük hüquqpozmalarına qarşı mübarizədə əməkdaşlıq və qarşılıqlı yardım məsələləri müzakirə olunub.
Görüşdə məlumat mübadiləsi sisteminin test rejimindən aktiv mərhələyə keçidi barədə qərar qəbul olunub.
Qeyd edilib ki, artıq Azərbaycan və İran arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin tətbiqinə başlanılıb. Belə ki, risklərin idarə edilməsi sistemi vasitəsilə iki ölkə arasında keçirilən mallar və nəqliyyat vasitələrinin "yaşıl dəhliz" buraxılış sistemindən istifadəsi təmin olunacaq. Bu isə sərhəddə mallar və nəqliyyat vasitələrinin hərəkətini daha da sürətləndirəcək.
Görüşdə məlumat verilib ki, ötən illə müqayisədə bu il Azərbaycan və İran arasında ticarət dövriyyəsi artıb. Həmçinin İran ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasına hərəkət edən, eyni zamanda, Azərbaycan ərazisindən tranzit keçməklə İrana gedən nəqliyyat vasitələrinin sayında da artım qeydə alınıb. Vurğulanıb ki, sərhəddə sürətli keçidə şərait yaradan əsas amillərdən biri də Azərbaycan və İran arasında siyasi-iqtisadi əlaqələrin yüksələn xətlə inkişafıdır ki, bu da regionun tranzit imkanlarının genişləndirilməsinə öz töhfəsini verir.
Görüşdə həmçinin məlumat verilib ki, Azərbaycan və İran gömrük xidmətləri arasında gömrük hüquqpozmalarına qarşı mübarizədə əməkdaşlıq və qarşılıqlı yardım məsələlərinə dair perspektiv iş planı tərtib edilərək hazırlanıb və təsdiq edilməsi üçün hər iki ölkənin gömrük xidmətlərinə təqdim ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)


