AZAL-ın gəlirləri artıb, zərəri azalıb
Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan vəsaitlərin həcmi bəlli olub. Biletləri avronun manata olan məzənnəsinə uyğun qiymətə satan yerli aviaşirkətlərin gəlirləri 7,2 faiz, daşıdığı sərnişin sayı isə 7,5 faiz artıb. Amma sərnişin daşımaları əvvəlki illərdə olduğu kimi, mənfəət deyil, yenə də zərər gətirir.
Bilet avroya satılır, amma...
Gəlirlərin artan sərnişin daşımalarına mütənasib gəlmədiyini göstərən amillərdən biri də budur ki, 2015-ci ilin sentyabrında orta məzənnəsi 1 manat 18 qəpik, bir il sonra isə 1 manat 83 qəpiyə qalxan avronun məzənnə fərqi üzrə aviaşirkətlərin qazancı təxminən 55 faiz artmalı idi.
Zərər azalıb
2016-cı ilin ilk doqquz ayında sərnişin daşımaları ilə məşğul olan iki yerli aviaşirkətin daşımalardan əldə etdiyi gəlir 257 milyon 385,4 min manat – əvvəlki ildəkindən 17,3 milyon manat çox olub. Bu məlumat Dövlət Statistika Komitəsindən (DSK) verilib.
Sərnişin daşımalarına aviaşirkətlərin çəkdikləri xərc isə 1 faiz (2 milyon 834 min manat) artıb və 278 milyon manata çatıb.
Nəticədə 9 ayda sərnişin daşımaları üzrə zərər 22,6 milyon manat olub. Bir il əvvəl isə bu dövrdə sərnişindaşımanın aviasiyaya zərəri 35,1 milyon manat idi.
Adambaşına daşıma xərci 171 manat idi, indi 178 manat olub
Rəsmi məlumata görə, 2016-cı ilin 9 ayında Azərbaycan aviaşirkətləri ölkə daxilində və beynəlxalq istiqamətlərə 1 milyon 559,6 min sərnişin daşıyıb. Statistikaya görə, bunun 99,8 faizi dövlətə məxsus “Azərbaycan Hava Yolları” QSC-nin payına düşür. DSK gəlirlərdə şirkətlərin (AZAL və Silk Way Business Aviation) payını göstərmədiyindən, bu pay bölgüsünə əsasən demək olar ki, bir sərnişinin daşınması AZAL-a orta hesabla 178 manata başa gəlib. Əvvəlki ildə bu göstəricimanat idi.
Deputatlar deyir ki, AZAL büdcəyə yükdür
Son zamanlar mediada, eləcə də Milli Məclisdə AZAL-ın dövlət büdcəsinə yük olması, özəlləşdirilməsinin zəruriliyi haqda fikirlər səsləndirilir. Hökumət isə, hələlik, bu fikirlərə münasibət bildirməyə tələsmir.
2008-ci ildən başlayaraq AZAL Naxçıvan Muxtar Respublikasına aviareyslərə görə yaranmış zərərin və Böyük Vətən Müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi ilə bağlı dövlət büdcəsindən subsidiya alır. 2012-ci ilədək subsidiyanın illik məbləği 11 milyon 930,5 min manat idi, növbəti illərdə yardım 10 milyon 10 min manata endirildi. Elə bu il də AZAL dövlətdən həmin məbləğdə subsidiya alacaq.
Bundan başqa, AZAL-ın xarici kredit təşkilatlarından aldığı kreditlər və hesablanmış faizlər də dövlət büdcəsi hesabına ödənilir.
©azadliq.org
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 11 d. əvvəl
-
-
22 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 23 d. əvvəl
- 24 d. əvvəl
-
15 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
15 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Rəsmi məzənnələr açıqlandı
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub









.jpg)







