Artıq vergi cənnəti deyil!
Vergidən azad həyat tərzilə xarici iş adamları, işçilər və turistlər üçün uzun illərdir cazibə mərkəzi olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni tənzimləmələrə gedir.
"Marja" xəbər verir ki, iki ölkə gələn ildən etibarən xarici iş adamlarından 5% nisbətində əlavə dəyər vergisi (ƏDV) almağa hazırlaşır. Digər Körfəz ölkələrinin də anoloji addım atacağı gözlənilir.
31.5 milyon əhalisi olan Səudiyyə Ərəbistanı Krallığında ötən ilin göstəricilərinə görə 10.4 milyon insan "expat", yəni xarici işçi mövqeyindədir. Birləşmiş Ərəb Əmirliklərinin 9.5 milyon nəfərlik əhalisinin 7.5 milyonunu xarici işçilər təşkil edir. BƏƏ 88.5 faiz nisbətən Orta Şərq ölkələri arasında xarici işçilərin ən yüksək olduğu ölkədir. Qətər isə 85.7% ilə 2-ci yerdədir.
İki ölkənin 5 faiz ƏDV qərarındakı ən mühüm amillərdən biri kimi neft qiymətlərinin aşağı düşməsidir.
İLLİK GƏLİR 150 MİN DOLLARIN ÜZƏRİNDƏDİR
İki ölkənin də ÜDM-i və buna bağlı olaraq adambaşına düşən milli gəliri iki ildir azalma göstərir. Səudiyyə Ərəbistanı və BƏƏ vətəndaşlarının illik ortalama gəliri 2014-ci ildə müvafiq olaraq 24 min 575 və 44 min 449 dollar səviyyəsində ikən, ötən il 20 min 28 və 37 min 622 dollara qədər düşüb.
"Gulf Business"in 2015-ci ildə hazırladığı hesabata görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində çalışan qərb ölkələrinə mənsub şəxslərin orta hesabla illik gəliri müvafiq olaraq 171 min və 150 min dollardır. Asiya və digər ölkələrə məxsus xarici işçilərin isə 25% daha az qazandığı qeyd edilir.
5 faiz ƏDV tətbiq ediləcəyi barədə xəbər sözügedən ölkələrdə yaşayanların bəziləri tərəfindən yaşayış xərcinin onsuz da çox yüksək olması səbəbindən narahatlıqla qarşılanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
9 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






