Venesuela milli kriptovalyutasının emissiyasına başlayıb
Venesuela Prezidenti Nikolas Maduro ilk milli kriptovalyuta - petronun emissiyasına başlandığını elan edib.
"RİA "Novosti" agentliyi xəbər verir ki, bu barədə VTV kanalı məlumat yayıb.
"Venesuelanın zənginlikləri ilə təmin edilmiş 100 mln. petronun emissiyasına əmr vermişəm. Hər bir petro bir barel Venesuela nefti dəyərində olacaq. Petronun yaranması barədə akt isə yanvar ayının 14-də təqdim ediləcək", - prezident açıqlama verib.
Ümumiyyətlə, "petro" sözü ispan dilində "petroleo" sözündən yaranıb, tərcümədə "neft" deməkdir. Venesuela prezidenti ilk dəfə milli kriptovalyutanın yaradılması barədə açıqlamanı ötən ilin dekabr ayında verib. N.Maduronun sözlərinə görə, petro ölkənin maliyyə blokadasından yayınmağa kömək edəcək.
Qeyd edək ki, Venesuela prezidenti milli kriptovalyutanın təmin edilməsi üçün 5 mlrd. barel neft ayırıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
33 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
49 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
53 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























