Mərkəzi Bankdan "Manat" açıqlaması
Azərbaycan Respublikasının yeni nəsil kağız pul nişanlarının üzərində yazılmış “Azərbaycan Milli Bankı” sözlərinin “Azərbaycan Mərkəzi Bankı” sözləri ilə əvəzlənməsi və bu pulların tədavüldə mövcudluğu ilə bağlı kütləvi informasiya vasitələri və əhali tərəfindən Mərkəzi Banka çoxsaylı suallar ünvanlanmışdır.
Bu müraciətləri nəzərə alaraq Mərkəzi Bank bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına əsasən 01 yanvar 2006-cı il tarixdən tədavülə yeni nəsil pul nişanları buraxılmış və bu dövrdə istehsal olunmuş bütün nominallı kağız pul nişanlarının üzərinə “Azərbaycan Milli Bankı” sözləri yazılmışdır.
2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən “Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunu”na dəyişikliklər edilmiş və Qanunda “Milli Bankı” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilmişdir.
Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq bu dövrdən sonra istehsal olunmuş kağız pul nişanlarının üzərində “Azərbaycan Milli Bankı” sözləri “Azərbaycan Mərkəzi Bankı” sözləri ilə əvəz olunmuşdur.
Bildiririk ki, hazırda tədavüldə üzərində “Azərbaycan Milli Bankı” yazılan pul nişanları ilə yanaşı, Referendum Aktının qüvvəyə minməsindən sonra istehsal olunmuş və üzərində “Azərbaycan Mərkəzi Bankı” sözləri yazılmış 1, 5 və 100 manatlıq kağız pullar mövcuddur. Gələcəkdə digər nominallı pulların istehsalı zamanı onların da üzərində “Azərbaycan Milli Bankı” sözləri “Azərbaycan Mərkəzi Bankı” sözləri ilə əvəz ediləcəkdir.
Bununla əlaqədar, Azərbaycan Mərkəzi Bankı bütün informasiya vasitələrini və əhalini xəbərdar edir ki, Mərkəzi Bank tərəfindən 01 yanvar 2006-cı il tarixindən etibarən tədavülə buraxılmış bütün nominallarda milli pul nişanları üzərində “Azərbaycan Milli Bankı” və “Azərbaycan Mərkəzi Bankı” sözlərinin yazılmasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq eyni dərəcədə tədavül vasitəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 7 saat əvvəl
-
8 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
8 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
8 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
9 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
9 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























