Vergilər büdcə proqnozunu 91% icra edib - BÜDCƏYƏ DAİR OPERATİV MƏLUMAT
Ötən il büdcə 98% icra olunub
2017-ci il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat açıqlanıb.
Maliyyə Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, 2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16 milyard 446,9 milyon manat, xərcləri 17 milyard 588,3 milyon manat olmuşdur.
Gəlirlər
2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16 milyard 766,0 milyon manat proqnoza qarşı 16 milyard 446,9 milyon manat və ya 98,1 faiz icra olunmuşdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə daxilomalar 6 milyard 972,0 milyon manat və ya proqnoz 91,2 faiz icra olunmuşdur. Həmin vəsaitin 74,5 faizi və ya 5 milyard 192,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2017-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 2 milyard 608,8 milyon manat vəsait daxil olmuş və proqnoz 115,9 faiz icra olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan məbləğdə və ya 6 milyard 100,0 milyon manat vəsait transfert edilmişdir.
2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 366,1 milyon manat, Azərbaycan Respublikasının Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına 250,0 milyon manat, sair daxilolmalardan 150,0 milyon manat vəsait dövlət büdcəsinə daxil olmuşdur.
2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 4 milyard 401,8 milyon manat icra olunmuşdur.
Xərclər
2017-ci ildə dövlət büdcəsinin xərcləri 98,0 faiz və ya 17 milyard 588,3 milyon manat icra edilmişdir.
2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4 milyard 804,6 milyon manat icra olunmuşdur.
2017-ci il ərzində dövlət büdcəsi xərclərinin 10 milyard 921,1 milyon manatı və ya 62,1 faizi cari xərclərə, 5 milyard 153,5 milyon manatı və ya 29,3 faizi əsaslı xərclərə, 1 milyard 513,7 milyon manatı və ya 8,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Dövlət büdcəsi xərclərinin 38,0 faizi və ya 6 milyard 690,8 milyon manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2016-cı illə müqayisədə 453,7 mln. manat və ya 7,3 faiz çoxdur.
Dövlət büdcəsinin kəsiri
Dövlət büdcəsinin kəsiri 1 milyard 141,4 mln. manat və ya təsdiq olunan yuxarı həddən 33,6 mln. manat az olmuşdur.
Kəsirin maliyyələşdirilməsi 384,6 mln. manatı dövlət istiqraz vərəqələrinin satışından, 106,5 mln. manatı özəlləşdirmədən daxil olan vəsaitdən və 650,3 mln. manatı 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilmişdir.
İcmal büdcə
2017-ci ilin icmal büdcəsinin gəlirləri 23 milyard 951,6 mln. manat, xərcləri isə 24 milyard 982,6 mln. manat icra olunmuşdur. İcmal büdcənin kəsiri ümumi daxili məhsulun 1,5 faizini və ya 1 milyard 31,0 milyon manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
5 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
6 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
7 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
7 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
8 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
8 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR










.webp)






.jpg)








.jpg)
