Azərbaycanda “Saudi Aramco”nun nümayəndəliyi açılacaq
Səudiyyə Ərəbistanına səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətini bu ölkənin kralı Salman bin Əbdüləziz əl Səud qəbul edib.
Energetika Nazirliyindən verilən məlumata görə, söhbət zamanı hər iki ölkənin əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində genişləndirilməsində maraqlı olduğu bildirilib.
P.Şahbazov S.Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz əl Falih ilə də görüşüb. Enerji əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında işçi qrupunun yaradılması ilə bağlı S.Ərəbistanı Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin irəli sürdüyü təklif Azərbaycan tərəfindən müsbət qarşılanaraq qəbul edilib. Qeyd olunub ki, gələcəkdə enerji sahəsində layihələrin müzakirəsi və reallaşdırılması ilə bağlı məsələlərin həllində belə bir işçi qrupunun fəaliyyəti mühüm rol oynayacaq. Xalid əl Falih enerji sahəsində birgə fəaliyyətin gücləndirilməsini təmin edəcək daha bir yenilik barəsində məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq.
Görüşdə həmçinin neft qiymətlərinin sabitləşməsi prosesində birgə mövqedən çıxış edilməsi və Azərbaycanın öhdəliyinə sadiqliyi mühüm məqamlar kimi vurğulanıb. Bildirilib ki, neft bazarının sabitliyinin davamlılığı hasilatın tənzimlənməsinin uzunmüddətli olmasını tələb edir.
Nümayəndə heyətinin səfər proqramına “Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin əl Nasir ilə görüş də daxil olub. Görüşdə SOCAR-la enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi, hər iki şirkətin iştirakı ilə bir sıra ölkələrdə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti “Mədən” neft-kimya şirkətinin baş icraçı direktoru Xalid əl Mudafier ilə də görüşüb.
P.Şahbazovun S.Ərəbistanının maliyyə naziri Məhəmməd əl Cadan ilə baş tutan görüşündə isə Bakının “Expo 2025” sərgisinə namizəd şəhər olması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Bundan başqa S.Ərəbistanında səfərdə olan ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Den Brullet (Dan Brouillette) ilə də görüş keçirilib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfər çərçivəsində nazir S.Ərəbistanında neft-kimya və neft emalı sahələrində fəaliyyət göstərən istehsalat komplekslərinə də baş çəkib. Kimya məhsullarının istehsalı, satışı və paylanması ilə məşğul olan S.Ərəbistanı Əsas Sənaye Korporasiyasında (SABİC) olan nümayəndə heyətinə bu nəhəng sənaye kompleksinin fəaliyyəti barədə geniş məlumat verilib. Kimya Şirkəti (SADARA), Neft emalı və Neft-kimya Zavodu (SATORP) və bu müəssisələrin istehsal gücləri haqqında təqdimatlar dinlənilib.
Nazir həmçinin “Saudi Aramco” şirkətinin Dahranda yerləşən Neft Təchizatını Planlaşdırma və Proqnozlaşdırma (OSPAS), Geoloji Kəşfiyyat və Neft Mühəndisliyi (EXPEC), Kəşfiyyat və hasilat üzrə Peşəkar İnkişaf (UPDC) mərkəzləri ilə tanış olub.
Səfər zamanı ən böyük neft yataqlarından olan “Manifa” neft yatağına da baxış keçirilib.
Qeyd edək ki, energetika naziri P.Şahbazovu S.Ərəbistanına səfərdə Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayev, energetika nazirinin müşaviri Zaur Məmmədov və SOCAR prezidentinin müşaviri Murad Heydərov müşayiət ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
-
31 d. əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
32 d. əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
2 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
2 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Ən çox oxunanlar
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb






.jpg)
.jpg)








.jpg)









