"Goldman Sachs" Bitcoin üçün "köpük" xəbərdarlığı edib
ABŞ-ın investisiya bankçılığı nəhəngi "Goldman Sachs", "Bitcoin"in qiymətinin "köpük" səviyyəyəsində olduğu barədə xəbərdarlıq edib.
"Marja" xəbər verir ki, "Goldman Sachs"ın investisiyaların idarəedilməsi departamenti tərəfindən hazırlanan hesabatda, Bitcoin-in bazar dəyərinin həqiqi dəyərini aşaraq "köpük" adlandırılan səviyyədə olduğu qeyd edilib.
Hesabatda, "Bitcoin"in qiymətindəki sürətli artımın, 1997-2001-ci illərdə ABŞ-da görülən "internet köpüyü" və 1634-1637-ci illərdə Hollandiyada baş verən "lalə çılğınlığı" adlı dövrləri geridə qoyduğuna diqqət çəkilib.
ƏMƏLİYYATLAR ASAN VƏ ŞƏFFAF DEYİL, XƏRCLƏR ÇOX YÜKSƏKDİR
Rəqəmsal pul vahidinin istifadəçilərə asanlıq və şəffaflıq təmin etməsi lazım olduğuna toxunulan hesabatda, "Bitcoin"in bunun tam əksi olduğu və bu virtual valyutanın əməliyyatlarının istifadəçilər üçün adətən 10 gün davam etdiyi vurğulanıb.
Hesabatda, ABŞ-da virtual pul xırdalayan və çevirən internet şirkətlərinin Bitcoin qiymətləri arasında 31 faiz kimi yüksək qiymət fərqi görüldüyünə işarə edilərək, eyni zamanda Bitcoin-in əməliyyat xərclərinin də çox yüksəldiyi bildirilib.
HAZIRKİ QİYMƏTLƏR UZUN MÜDDƏT QALA BİLMƏYƏCƏK
Kriptovalyutaların hazırkı qiymətlərinin uzun müddət qala bilməyəcəyi qeyd edilən hesabatda, "Bitcoin"də tənəzzülün yaşanması vəziyyətində bunun qlobal iqtisadiyyata və ya maliyyə bazarlarına təsirinin olmayacağı bildirilib. Hesabatda, virtual pulların ümumi bazar dəyərinin qlobal iqtisadiyyat içindəki payının 0,8 faiz olduğu məlumatına yer verilib.
"Bitcoin"in dəyəri 17 Dekabr 2017-ci il tarixində 20 min dollara qədər qalxandan sonra 16 Yanvarda 10 min dollardan da aşağı düşərək bir ayda 50 faiz ucuzlaşmışdı.
ABŞ-da "internet köpüyü" və ya "dot-com köpüyü" kimi tanınan dövrdə Nasdaq Texnologiya İndeksinin qiyməti 1995-2000-ci illərdə 5 dəfə yüksəlmiş, 2001-də texnologiya şirkətlərinin səhmləri kəskin düşmüş və ölkədəki internet şirkətlərinin yarısına yaxını iflas etmişdi.
Hollandiyada baş verən "lalə çılğınlığı" dövründə isə lalə soğanaqlarının qiymətləri 1634-cü ildə artmağa başlamış, 1637-ci ilin əvvəlində isə bir lalə soğanağının qiyməti Hollandiyada orta bir mənzilin qiymətindən 5 dəfə yüksək qiymətə qalxmışdı. 1637-ci ilin Fevral ayında lalə soğanaqlarının qiymətləri kəskin düşərək istehsalçılar və uzunmüddətli sazişlərə malik olan investorları böyük zərərə məruz qalmışdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




