1100 hektar sahəni əkəcək -12 milyon manat investisiya qoyur
Qazax rayonun İkinci Şıxlı kəndində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan “İnvestel GROUP” MMC bu sahənin inkişafı üçün 12 milyon manat investisiya qoyulmağı nəzərdə tutmuşdur.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində tikilən müəssisədə olaraq görülən işlərlə tanış olub.
MMC-də layihələrin idarə olunması departamentinin rəisi İlkin Əliyev rayon rəhbərinə məlumat verib ki, tikintinin sürətlə aparılmasının nəticəsidir ki, nəzərdə tutulan işlərin əksər hissəsi artıq həyata keçirilmişdir.
“İnvestel GROUP” MMC tərəfindən Xram çayı üzərində 3 pilləli nasos stansiyası inşa edilir. 1-ci pilləli nasosxanada tikinti işləri başa çatıb, tamamlama işləri görülür. Hazırda suvaq və dam örtüyünün vurulması işləri aparılır. Həmçinin cəmiyyət tərəfindən əkin sahələrinin suvarılması üçün 13,5 km uzunluğunda su xətti çəkilir. Su xəttinin çəkilişində diametri 530 mm olan dəmir metal borulardan istifadə olunur. Birinci pillədə 3 ədəd nasos olacaqdır. İkinci pillədə isə nasosxana vasitəsilə suvarılan ərazilərə su veriləcəkdir. İkinci və üçüncü pilləli nasosxanalarda isə tikinti işləri başa çatdırılmışdır. Nasos stansiyalarında mexaniki montaj işlərinə başlanılıbdır.
Bundan əlavə, Xram çayı sahilində su qəbuledici qurğu tikilmişdir. Sahələrdə hər birinin tutumu 4500 kubmetr olan iki ədəd su hovuzu inşa olunmuşdur. Bununla yanaşı, sahədaxili ümumi uzunluğu 18 km olan diametri 315 mm-lik polietilen boru vasitəsilə yeraltı xətt çəkilişi işləri də davam etdirilir. 1100 hektar sahənin suvarılması üçün damlama və çiləmə sistemlərinin quraşdırılmasına hazırlıq işləri görülür.
Cəmiyyət tərəfindən əkiləcək 1100 hektar sahənin 200 hektarını kartof, 200 hektarını qarğıdalı, 200 hektarını noxud, 300 hektarını buğda və 200 hektarını isə arpa sahəsi təşkil edəcəkdir.
“İnvestel GROUP” MMC ümumi sahəsi 1600 kvadratmetrlik olan böyük quru anbar inşa etmişdir ki, burada istehsal edilən məhsullar və gübrələr saxlanılır.
Layihənin memarı Kamil Əlimirzəyev bildirib ki, sahəsi 2200 kvadratmetr olan soyuducu kartof saxlanc anbarında kürsü səviyyəsinə qədər tikinti Işləri başa çatıb. Bundan başqa, tikinti altı sahəsi 462 kvadratmetr olan 2 mərtəbəli inzibati binanın tikintisi aparılır.
Ümumi suvarma işlərinin həyata keçirilməsi məqəsdilə quru və soyuducu anbarın işləməsi üçün 14 km uzunluğunda elektrik xətti çəkilişi tam başa çatdırılmışdır. Ümumiyyətlə, 3300 kvadratmetr sahədə tikinti işləri aparılacaq ki, buraya texnikaların saxlanılması, təmir edilməsi, yeməkxanaların inşası və s. tikililər daxildir.
Mart ayının 10-na kimi tikintinin əsas hissəsi başa çatdırılacaqdır.
Görülən işlərlə tanış olan rayon rəhbərliyi öz tapşırıq və tövsiyələrini verib. Lazım gələn bütün köməkliklərin göstəriləcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 9 saat əvvəl
-
-
10 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
13 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
-
13 saat əvvəl
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib






.jpg)




.jpg)







