Azərbaycanın işğal olunmuş ərazilərində bankların auditini aparan xarici şirkətlərə xəbərdarlıq edildi
Azərbaycan Auditorlar Palatası xarici hüquqi şəxslərin (xarici auditor təşkilatlarının) Azərbaycandakı filial və nümayəndəliklərinin rəhbərlərinə ciddi xəbərdarlıq edib.
Auditorlar Palatasından bildirilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "GRANT Thornton CJSC Ermənistan" və "KPMG Armenia CJSC" tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda fəaliyyət göstərən bir sıra erməni banklarına (Artsakhbank, Ardshininvestbank və s.) audit xidmətləri göstərməsi ilə bağlı quruma müraciət edib.
MBNP Xarici İşlər Nazirliyinin "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət" adlı hesabatına istinad edərək ölkəmizdə auditor fəaliyyəti göstərmək hüququna icazə verən qurum kimi Auditorlar Palatasından bu istiqamətdə müvafiq tədbirlər görməyi xahiş edib.
Bununla əlaqədar olaraq Auditorlar Palatası xarici hüquqi şəxslərin (xarici auditor təşkilatlarının) Azərbaycandakı filial və nümayəndəliklərinin rəhbərlərinə müraciət edib.
"İşğal olunmuş ərazilərdə belə fəaliyyətin göstərilməsinin beynəlxalq hüquq normalarına zidd olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi prinsiplərinin pozulmasının yolverilməzliyini bildirməklə, Sizin təşkilatın üzv olduğu beynəlxalq şəbəkənin rəhbərliyinə və digər ölkələrdə fəaliyyət göstərən üzvlərinə bu barədə müvafiq xəbərdarlıq müraciətinin çatdırılmasını təmin etməyi və Auditorlar Palatasını məlumatlandırmağı xahiş edirik", - deyə müraciətdə vurğulanıb.
Qeyd edək ki, "KPMG Azərbaycan" tabe olduğu şirkətin Dağlıq Qarabağda iddia olunan fəaliyyəti ilə bağlı bəyanat yayıb. Bəyanatda KPMG-nin Dağlıq Qarabağda heç bir nümayəndəliyinin olmadığı qeyd olunub.
"KPMG-nin Dağlıq Qarabağ ərazisində iddia olunan fəaliyyəti ilə bağlı son zamanlar bəzi media vasitələrində (sosial media daxil olmaqla) çıxan məlumatla bağlı bəyan edirik ki, KPMG-nin Dağlıq Qarabağda heç bir nümayəndəliyi yoxdur və olmayıb. Bundan əlavə, 2016-cı ilin əvvəlində KPMG MDB-də münaqişə ərazilərində fəaliyyəti məhdudlaşdıran daxili qaydalar təsdiqləyib və öz fəaliyyətində bu məhdudiyyətləri tətbiq etməkdədir. Sözügedən qaydalar KPMG-nin işçilərinin, KPMG-yə aid şəxslərin və şirkətlərin Dağlıq Qarabağa getməsini, orada işləməsini və Dağlıq Qarabağdakı şirkətlərlə əməkdaşlıq etməyi qadağan edir", - deyə bəyanatda vurğulayıb.
"KPMG Azərbaycan"dan bildirilib ki, nümayəndəlik KPMG-nin müstəqil üzv şirkətlər şəbəkəsinin üzvüdür: "KPMG MDB-də beynəlxalq hüquqa və fəaliyyət göstərdiyi bütün ölkələrin qanunlarına hörmətlə yanaşdığını təsdiq edir və KPMG MDB-də Azərbaycan Respublikasının tətbiq olunan qanunvericiliyinə daim əməl edir".
Qeyd edək ki, KPMG Dağlıq Qarabağda heç bir nümayəndəliyinin olmadığını bəyan etsə də sözügedən audit şirkətinin Ermənistan nümayəndəliyi Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən "Artsakhbank"ın 2013-cü ildə auditini aparıb və bu hesabat bankın saytında yerləşdirilib.
Xatırladaq ki, "Artsakhbank"ın 2014, 2015 və 2016-cı ildə auditini isə "GRANT Thornton CJSC"nin Ermənistan nümayəndəliyi aparıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















