Elxan Bəşirov: Hazırda 4 zavod tikirik
“15 il öncəki dövrə nəzər yetirsək görərik ki, o vaxt mərkəzlə regionlar arasında böyük disbalans var idi. Lakin Azərbaycan rəhbərliyinin uzaq görən siyasəti və cənab Prezident İlham Əliyevin regionların sosial iqtisadi inkişafının dövlət proqramını ortaya qoyulması nəticəsində bu disbalans aradan qaldırıldı, bölgələrdə infrastruktur layihələri yüksək səviyyədə həyata keçirildi. Bununla da iş adamları regionlara maraq göstərməyə başladı. “Mətanət A” Şirkəti də dövlət siyasətinə dəstək olaraq regionların inkişafına töhfə verənlər sırasındadır".
Bu sözləri “Mətanət A” Şirkətinin rəhbəri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının Sədri Elxan Bəşirov Azərbaycan Sahibkarlar Konfederasiyasının “Regionların inkişafında sahibkarlığın rolu” mövzusundakı konfransında çıxış edərkən deyib.
Elxan Bəşirovun sözlərinə görə, “Mətanət A” Şirkəti regionlarda böyük işlər görür və həmin işlərin bariz nümunələrindən biri bu yaxınlarda Qazax rayonunda inşa olunan və ən müasir standartlara cavab verən əhəng zavodudur. Zavodun tikintisi tam yekunlaşıb və açılışa hazırdır. “Mətanət A” Rəhbəri Elxan Bəşirov Şirkətin cari işləri barədə də məlumat verib:
“Hazırda biz cənab prezident İlham Əliyev tərəfindən verilən tapşırığa əsasən daha 4 zavodun tikintisini həyata keçirdirik. Dövlət başçısının sahibkarlar üçün yaratdığı şərait və bu sahəyə daim verdiyi dəstək bizi adıçəkilən iri layihələri həyata keçirməyə stimul verir”- deyən Elxan Bəşirov əlavə edib ki, prosesə təkan verən faktlardan bir də İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara isvestisiya təşviqi sənədinin 5 günə verilməsidir.
“Biz eyni zamanda Sahibkarlara Kömək Milli Fonduna 2 mlrd. manatın ayrılması və həmin vəsaitin ölkə sahibkarlığının inkişafına yönləndirilməsini yüksək dəyərləndiririk. Çünki bu, gələcəkdə 100 minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq.”
ATMİA Sədrinin fikrincə, ixracın təşviq olunması öz növbəsində Azərbaycana valyuta axınına yol açır: “Biz sahibkar olaraq bu sahədə görülən işləri yüksək qiymətləndiririk. Son layihələrə nəzər salsaq əminliklə deyə bilərik ki, Azərbaycanda qeyri – neft sektoru yüksək sürətlə inkişaf edir və yerli məhsulların dünya bazarına çıxalırlmasına böyük imkan yaradır.
Elxan Bəşirov Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının adından qarşıdan gələn prezident seçkiləri ilə bağlı bəyanat da verib:
“Həm Assosiasiyanın, həm də rəhbərlik etdiyim Şirkət adından əminliklə deyə bilərəm ki, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda səhibkarların himayədarı məhz cənab prezident İlham Əliyevdir. Yalnız onun dəstəyi ilə ölkəmizdə sahibkarlıq sahəsi uğurla inkişaf edə bilər. Odur ki, qarşıdan gələn seçkilərdə ölkə sahibkarları bir nəfər kimi cənab prezidenti dəstəkləyəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 saat sonra
-
- 1 d. əvvəl
-
18 d. əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
19 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 19 saat əvvəl
-
19 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
21 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb







.jpg)
















.jpg)


