Azərbaycana bir ayda 186 minlik axın - KÖRFƏZDƏN GƏLƏNLƏR ARTIR
2018-ci ilin yanvar ayı ərzində Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 30,7 faizi Rusiya Federasiyası, 24,5 faizi Gürcüstan, 13,0 faizi Türkiyə, 7,2 faizi İran, 4,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,2 faizi Ukrayna, 1,7 faizi İraq, 16,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 70,0 faizini kişilər, 30,0 faizini isə qadınlar təşkil etmişdir.
İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar ayı ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,9 dəfə, Qətər vətəndaşlarının sayı 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,6 dəfə, Oman vətəndaşlarının sayı 2,1 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,5 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə artmışdır. İrandan gələnlərin sayında 5,3 faiz azalma müşahidə edilmişdir.
Körfəz ölkələrindən gələnlərin ümumi sayı 35,2 faiz artaraq 32,9 min nəfər olmuşdur.
2018-ci ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz azalaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,9 faiz artaraq 67,3 min nəfər olmuşdur.
Cari ilin yanvar ayında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62,0 faizi dəmir yolu və avtomobil, 37,3 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə etmişdir.
2017-ci ilin yanvar ayına nisbətən xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,0 faiz azalaraq 299,3 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 32,6 faizi Gürcüstana, 23,8 faizi İrana, 23,4 faizi Rusiya Federasiyasına, 12,5 faizi Türkiyəyə, 1,9 faizi Ukraynaya, 1,5 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 4,3 faizi isə digər ölkələrə səfər etmişdir.
Xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 78,3 faizi dəmir yolu və avtomobil, 20,8 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)



