Beynəlxalq Bank “İnter”lə bağlı qərarını açıqladı
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyəti “İnter” Peşəkar İdman Klubuna Bank tərəfindən sponsorluğun dayandırılmasına qərar verib. Bankdan "Marja"ya verilən məlumata görə, belə bir addımın atılmasında məqsəd yeni fəaliyyət mərhələsində olan ABB-də biznesin optimallaşdırılması və restrukturizasiya proseslərinin aparılmasıdır.
Bankın İdarə Heyətinin sədri Xalid Əhədov bununla bağlı bildirib: “Yeni strateji hədəflərinə uyğun olaraq idman sferasındakı fəaliyyətini məhdudlaşdırmaq ABB-yə öz xərclərinə qənaət etməyə, mövcud imkan və resursların, əsas fəaliyyət istiqamətlərinə, yəni, sırf bank-maliyyə sahəsinə cəlb olunmasına, beləliklə, Bankın dövlət dəstəyi ilə sağlamlaşdırılması tədbirlərinin daha effektiv şəkildə həyata keçirilməsinə imkan verəcək”.
Bu qərarla bağlı digər hüquqi-texniki məsələlər qanunvericiliyə uyğun şəkildə mərhələ-mərhələ öz həllini tapacaq. Belə ki, Bankın müvafiq qərarla əlaqədar müraciətinə uyğun olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “İnter” klubunun cari mövsümün sonuna qədər oyunlarda iştirakı məqsədilə bütün lazımi işlər üçün öz dəstəyini verəcək. ABB “İnter” PİK-in təsisçisi kimi qalacaq və klubun idarəçiliyi idarəetmə müqaviləsi əsasında peşəkar komandaya ötürüləcək. Klub sponsor üçün açıq elan olunur. Kluba sponsorluq etmək istəyənlər bununla bağlı AFFA-ya müraciət edə bilər.
Qeyd edək ki, klubun lisenziyalaşdırılması çərçivəsində götürülmüş öhdəliklər (o cümlədən, lisenziyalaşdırma prosesi çərçivəsində nəzərdə tutulan maliyyə zəmanəti) ABB tərəfindən yerinə yetiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
8 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























