Yığım mövsümü başladı, kiloqramı 35 manata satılır
El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümüdür. Bu nadir göbələyi şimal rayonlarının meşəliklərindən mart ayından başlayaraq toplamaq olar.
Cəmi 30-35 gün ərzində yetişən quzuqarnını aprelin ortalarınadək yığmaq mümkündür.
Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra yumurta ilə qarışdırılaraq bişirilir. Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq olar.
Şabran rayonun Ağalıq kənd sakini Əfqan Musayev bildirir ki, bu göbələk adını görünüşünə görə alıb. "Bizim meşələrdə 3 növü var. Daha doğrusu, quzqarnıları öz aramızda rənginə görə fərqləndiririk. Sarı, ağ, qara quzqarnı adlandırırıq. Meşədə, əsasən qovaq ağaclarının altında bitir. Rəngi də yarpaqlardan seçilmir. Amma hər il quzuqarnı yığdığımızdan onun bitdiyi yerləri bilirik. Mart ayında yağışlar çox yağırsa, quzuqarnı da bol olur”, - deyə Əfqan Musayev vurğulayıb.
Quzuqarnının qiyməti digər göbələklərlə müqayisədə bahadır. Kiçik qablarda satılan quzqarnının bir kiloqramı mövsümün əvvəlində alıclara 35 manata təklif olunur. Mart ayının sonlarında çoxaldığından 15 manata da almaq olar. Qiymətin baha olması bu göbələyin yığılmasının çətinliyi ilə əlaqədardır. Gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar. Bununla belə quzqarnının yığılması olduqca zövqlü məşğuliyyət sayılır.
“Quzuqarnı il ərzində cəmi bir dəfə olur. Bu bitki sanki onu görməsinlər deyə gizlənir. Rəngi də yarpaqlardan seçilmədiyindən çox diqqətlə axtarmaq lazımdır”, - deyə Əfqan Musayev əlavə edib.
Quzu əti qədər dadlı quzuqarnını istixana şəraitində yetişdirmək qeyri-mümkündür. Bitkinin konservləşdirilmiş halda satışı da yoxdur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
32 d. əvvəl
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hörmüz boğazı bir az da bağlı qalsa neftin qiyməti 150 dollara çata bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
WSJ: Tramp Hörmüz boğazı bağlı qalsa belə müharibəni bitirməyə hazırdır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
Rəsmi məzənnələr açıqlandı
İrandan Hörmüz qərarı: Artıq keçid haqqı alınacaq!
Ən çox oxunanlar
İrandan Trampın Xark adası planına sərt cavab
Ağ Ev: İran danışıqlarda ABŞ-ın bəzi tələblərini qəbul edib
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
Bayramovla Əraqçi arasında telefon danışığı baş tutub

























