Fermerlərə texnikalar paylanıb
Mart ayının 30-u Şirvan şəhərində, “Aqrolizinq” ASC-nin Şirvan təchizat bazasında respublikada pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar alınan yeni kənd təsərrüfatı texnikalarının təqdimatı olub.
Tədbirdə pambıq istehsalı ilə məşğul olan müxtəlif şirkət nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri, “Aqrolizinq“ ASC-nin regional nümayəndələri, həmçinin fermerlər, sahibkarlar və mexanizatorlar iştirak edib.
Heydər Əsədov vurğulayıb ki, 2018-ci ildə pambıqçılıqda istifadə olunan 4360 ədəd texnika, o cümlədən 100 ədəd John Deere 9970 markalı pambıqyığan kombayn, 700 ədəd şum və cərgəarası becərmə traktoru, 700 ədəd traktor qoşqusu və aqrotexniki becərmə işlərini yerinə yetirmək üçün 1960 ədəd müxtəlif kənd təsərrüfatı texnikası sifariş verilmiş, bir hissəsi artıq respublikaya gətirilmiş və pambıq istehsalçılarına verilib. Ümumilikdə isə 2018-ci ildə pambıqçılığın inkişaf etdirilməsi və texniki təminatını daha da gücləndirmək məqsədi ilə kənd təsərrüfatı texnikalarının alınması üçün ölkə başçısının sərəncamı ilə dövlət büdcəsindən ayrılmış vəsaitin 117-118 milyon manatı pambıqçılıqda istifadə olunan texnikaların alınmasına sərf olunacaqdır.
Qeyd edilib ki, ümumiyyətlə son dövrlərdə əhəmiyyətli dövlət dəstəyi və həyata keçirilən sistemli tədbirlər hesabına kənd təsərrüfatı istehsalçılarının müvafiq texnika və avadanlıqlarla təminatının yaxşılaşdırılması istiqamətində köklü irəliləyişə nail olunub. Pambığın becərılməsi və yığılması ilə əlaqədar “Aqrolizinq” ASC tərəfindən təkcə 2015-2017-ci illərdə 7811 ədəd kənd təsərrüfatı texnikası, o cümlədədn 303 ədəd pambıqyığan kombayn, 1566 ədəd müxtəlif markalı şum və becərmə traktorları, 5942 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq pambıq istehsalçılarına lizinqə verilib.
Bu gün isə pambıqçılıqla bağlı ölkəmizə gətirilmış 619 ədəd texnika, o cümlədən 59 ədəd pambıqyığan kombaynı, 57 ədəd şum traktoru, 218 ədəd becərmə traktoru, 68 ədəd traktor qoşqusu, 52 ədəd ağır diskli mala, 13 ədəd kanal açan, 27 ədəd çiyidsəpən, 39 ədəd cərgəarası becərən kultivator, 5 ədəd çiləyici, 33 ədəd su çəni, 27 ədəd çöpdoğrayan, 21 ədəd rotasion mala pambıq istehsalçılarının istifadəsinə verilir.
Nazir sifariş edilmiş pambıqçılıqda istifadə olunan müxtəlif çeşiddə bütün texniki avadanlıqların qısa müddətdə ölkəmizə gətirilərək pambıq istehsalçılarının istifadəsinə veriləcəyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində nazir lizinq yolu ilə verilən texnikaların sənədlərini fermerlərə və torpaq istifadəçilərinə təqdim edib. Həmçinin pambığın müxtəlif sortları üzrə 230 ton lifsiz və 110 ton lifli pambıq toxumları istehsalçılara verilib.
Sonda nazir ən müasir standartlara cavab verən bu texnikalardan təyinatı üzrə səmərəli və düzgün istifadə olunması, pambıqçılıqda məhsuldarlığın elmi əsaslarla artırılması, pambıq səpininin vaxtında və mütəşəkkil keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
8 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
11 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
12 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Ən çox oxunanlar
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb





















