Qlobal hərbi xərclər 1,7 trilyon dollara çatıb
Dünya miqyasında hərbi xərclər 2017-ci ildə bir əvvəlki illə müqayisədə 1,1% artaraq 1 trilyon 739 milyard dollara çatıb.
"Marja" xəbər veri ki, Mərkəzi Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yaydığı Qlobal Hərbi Xərclər Hesabatına görə, 2017-ci ildə dünya üzrə hərbi xərclər əvvəlki illə müqayisədə 1,1 faiz artaraq 1 trilyon 739 milyard dollara yüksəlib.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
Hesabata görə, 2017-də qlobal hərbi xərclər dünya ümumi daxili məhsulunun 2,2%-nə çatarkən, adambaşına xərc 230 dollardır.
Hesabatda qlobal hərbi xərclərin 2012-2016-da təxminən eyni səviyyədə sabit qaldıqdan sonra ilk dəfə açıq bir artım göstərdiyi qeyd olunub. Xərclər 1999 və 2011 arasında 13 il ərzində daim artmışdı.
ASİYADAKI ARTIMIN "MÜHƏRRİKİ" ÇİNDİR
Çinin hərbi xərclərindəki artım son 20 ildəki kimi artmağa davam etdi. Ölkənin hərbi xərcləri 2017-ci ildə 5,6 faiz artımla 228 milyard dollara çıxıb. Çinin qlobal hərbi xərclər içindəki payı 2008-də 5,8% ikən 2017-ci ildə 13%-ə çatıb.
Hərbi xərclərini 5,5 faiz artıran Hindistan Çindən sonra ən çox xərc çəkən region ölkəsidir. Cənubi Koreyanın də hərbi xərcləri 1,7 faiz artıb.
Hesabatda Çinlə qonşuları arasındakı gərginliklərin bölgədəki hərbi xərcləri artıran amil olduğuna işarə edilib.
RUSİYADA AZALMA, ŞƏRQİ VƏ QƏRBİ AVROPADA ARTIM
Avropa qitəsində isə Rusiyanın hərbi xərcləri 2016-cı ilə nisbətən 20 faiz azalıb. Ölkə 1998-ci ildən bu yana ilk dəfə müdafiə xərclərində qənaət edib.
Digər tərəfdən, Rusiyadan təhdid hissinin artdığı Şərqi və Qərbi Avropa ölkələrində xərclər müvafiq olaraq 12 faiz və 1,7 faiz artıb.
NATO üzvü olan 29 ölkənin hərbi xərcləri 2017-də 900 milyard dollara çatıb.
Müdafiə xərclərini 2017-də 1 faiz artıran Türkiyə, 18,2 milyard dollar xərclə NATO ölkələri arasında 15-ci yeri tutub.
ABŞ ƏN ÇOX XƏRC ÇƏKƏN ÖLKƏDİR
ABŞ, 610 milyard dollarlıq illik xərclə 2017-ci ildə də dünyanın hərbiyə ən çox xərcləyən ölkəsi olub. Ölkə, reytinqdə özündən sonra gələn 7 ölkənin cəmi hərbi xərcləri qədər vəsait ayırıb.
ORTA ŞƏRQDƏ ARTIM MEYLİ
Orta Şərq ölkələrində ümumi hərbi xərclər 2017-ci ildə 6,2% artıb. Səudiyyə Ərəbistanının hərbi xərcləri 9,2%-lik artımla 69,4 milyard dollara çatıb.
Bölgədə xərclərini 19 faiz artıran İran və 22 faiz artıran İraq, ən qabarıq yüksəlişin görüldüyü ölkələr siyahısında yerini alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
4 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
-
4 saat əvvəl
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib





.jpg)





.jpg)






