Qlobal ərzaq qiymətləri apreldə sabit qalıb
Qlobal ərzaq qiymətləri 2018-ci ilin Aprel ayında Mart ayı ilə müqayisədə sabit qalıb, illik müqayisədə isə 2,7 faiz artıb.
"Marja" xəbə verir ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida maddəsinin qiymətlərini və ticarətini təqib edən Ərzaq Qiymətləri İndeksi apreldə 173,5 bənd səviyyəsində olub. İndeks, ötən ilin eyni ayı ilə müqayisədə 2,7 faiz artım göstərib.
Taxıl və süd məhsulları qiymətləri son dövrdəki artım tendensiyasını davam etdirib, şəkərdə isə azalma davam edib.
Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiyməti İndeksi, apreldə əvvəlki aya nisbətən 1,7 faiz, keçən ilin eyni ayı ilə müqayisədə isə 15,4% artıb.
Bitki Yağı Qiyməti İndeksi, mart ayı ilə müqayisədə 1,4 faiz azalarkən, Ət Qiyməti İndeksi də 0,9 faiz düşüb.
Süd Məhsulları Qiymət İndeksi apreldə əvvəlki aya nisbətən 3,4% artıb. Yüksəlişə, süd məhsullarına güclü tələbat və Yeni Zelandiyadakı ixrac ehtiyatlarına dair narahatlıqlar təsir göstərib.
Şəkər Qiyməti İndeksi isə apreldə aylıq müqayisədə 4,8 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 24 faiz düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)








