Türk lirəsi daha da ucuzlaşdı - YENİ REKORD
Dollar Türk Lirəsi qarşısında 4.47 lirə səviyyəsini də aşaraq tarixinin ən yüksək səviyyəsini görüb.
"Marja" xəbər verir ki, beynəlxaq kedit reytinqi agentliyi "Moody's" Türkiyədəki makro-iqtisadi trendlərin ölkənin kredit reytinqi üçün mənfi olduğunu, ölkədəki pul siyasətindən narahat olduqlarını bildirib.
"Moody's"-in açıqlamasından sonra məzənnə 4.4744 ilə rekord yeniləyib.
Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın "Bloomberg International"a verdiyi müsahibədə pul siyasətinə dair verdiyi açıqlamalar Lirənin ucuzlaşmasına səbəb olub.
Prezident Rəcəb Tayyib Ərdoğan, Bloomberg TV-yə verdiyi müsahibədə, Prezident seçkilərini qazanması halında pul siyasətlərində daha təsirli rol oynayacağını qeyd edərək, "Türkiyənin maraqlarını qorumaq üçün addımlar atacağıq, ölkəmizin maraqları nəyi tələb edirsə onu edəcəyik",- deyib.
Prezident Ərdoğan, "Xalq pul siyasətləri ilə bağlı məsələlərdə kimi günahlandırar? Prezident günahlandırılacağına görə pul siyasətlərində təsirli olan bir Prezident olmağa məcburuq", -i fadələrini istifadə edib.
Ərdoğan faizin aşağı olmasının tərəfdarı olduğunu təkrarlayaraq, "Faiz nə qədər aşağı olarsa, inflyasiya da o qədər aşağı olacaqdır" deyib.
Qeyd edək ki, Ərdoğanın aşağı faiz tərəfdarı olmasına baxmayaraq, Türkiyə Mərkəzi Bankı Lirənin dəyərdən düşməsinə müdaxilə etmək üçün faiz atırmaq məcburiyyətindədir.
Avro/TL də 5.30 ilə bütün zamanların rekordunu qırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)





