“Renessans Palace” balaca sakinlərini rənglərin dünyası ilə sevindirdi
“Renessans Palace” yaşayış kompleksi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq balaca sakinləri üçün rəssamlıq dərsi təşkil etdi.
Rənglərin al-əlvan dünyasına qatılan balacalar plastik qablar üzərində müxtəlif balıq növləri hazırlayaraq onlardan “Bakı – sevimli şəhərim” mövzusunda kompozisiya yaratdılar.
Master-klassa Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun rəyasət heyyətinin üzvü, Beynəlxalq Qadın Rəssamları Assosiasiyasının üzvü, peşəkar rəssam Nərminə Vəliyeva rəhbərlik edirdi. Uşaqlar ustad dərsləri ərzində müxtəlif rəng boyalarının harmoniyası haqqında öyrəndilər, maraqlı və əyləncəli anlar yaşadılar.
Master-klassdan sonra isə uşaqlara onların sevimlisi məşhur “Mr White” – Oleq Silkovun iştirakı ilə “Köpüklü şou” proqramı da nümayiş edildi. Sonda “Renessans Palace”ın balaca sakinləri üçün hazırladığı hədiyyələri onlara 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündən xatirə oldu.
İnfrastrukturunda, binanın keyfiyyətində və digər xüsusiyyətlərdə premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. 3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,6 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı park olacaq. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı lift quraşdırılıb.
Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq – 3.35 metrdir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır. Kompleksin ilk 2 mərtəbəsində fəaliyyət göstərəcək iaişə obyektləri isə (restoran, kafelər, fitnes zal, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) sakinlərin rahatlığına xidmət göstərəcək. “Renessans Palace” 120 yerüstü, 1500 yeraltı avtomobil parkinq yeri ilə paytaxtın ən iri avto-parkinqinə sahib yaşayış kompleksidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














.jpg)

