Azərbaycanın iri bankı 230 milyon manat xalis mənfəət açıqladı
“Azərbaycan Beynəlxalq Bankı” ASC 2018-ci ilin birinci yarısını 229 milyon 792 min manat xalis mənfəətlə başa vurub.
“Marja” xəbər verir ki, cari ilin yanvar-iyun dövründə Beynəlxalq Bankın faiz gəlirləri 206 milyon 793 min manat, qeyri-faiz gəlirləri 52 milyon 489 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 141 milyon 105 min manat əməliyyat mənfəəti yaranıb. Kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatlardan 88 milyon 169 min manat azad olduğundan mənfəət 229 milyon 792 min manata yüksəlib. Beynəlxalq Bank 2018-ci ilin birinci yarısında mənfəət vergisi ödəməyib.
KAPİTALI ARTIB
30 İyun 2018-ci il tarixində Beynəlxalq Bank 7 milyard 615 milyon 553 min manat cəmi aktivlərə, 6 milyard 427 milyon 14 min manat cəmi öhdəliklərə və 1 milyard 188 milyon 538 min manat cəmi kapitala malik olub.
31 Dekabr 2017-ci il tarixində Beynəlxalq Bank 8 milyard 695 milyon 106 min manat cəmi aktivlərə, 7 milyard 746 milyon 920 min manat cəmi öhdəliklərə və 948 milyon 186 min manat cəmi kapitala malik idi. Birinci yarımildə likvid aktivlər ötən ilin sonundakı 2 milyard 205 milyon 523 min manatdan 1 milyard 71 milyon 896 min manata düşdüyünüdən Bankın cəmi aktivləri azalıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Müqayisə olunan dövrdə müştərilərə verilən kreditlər 1 milyard 784 milyon 359 min manatdan 1 milyard 675 milyon 969 min manata düşüb. Beynəlxalq Bankın digər banklardakı depozitləri isə 3 milyard 430 milyon 207 min manatdan 3 milyard 489 milyon 209 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 2 d. əvvəl
-
13 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 30 d. əvvəl
-
35 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
50 d. əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
10 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir






.jpg)









.jpg)




