Azercell-dən məktəblilər üçün pulsuz proqramlaşdırma dərsləri
“Barama Junior 2018 / Summer IT school for kids” layihəsinə start verildi
Gələcək nəslin inkişafına dəstək məqsədilə bir çox layihələr həyata keçirən “Azercell Telekom” MMC daha bir təşəbbüslə çıxış edir. Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə məktəblilərin yay tətilini daha səmərəli və məhsuldar keçirməsi üçün “Barama Junior 2018 / Summer IT school for kids” layihəsini təqdim edir. Artıq üçüncü ildir reallaşan “Coding Kids – Summer Course” layihəsi məktəblilərə kompüter və telefonların oyun və əyləncədən əlavə daha faydalı imkanlarını izah edəcək. 9-11 və 12-15 yaşlı məktəblilər üçün nəzərdə tutulan layihə çərçivəsində Python, Raspberry Pi və HTML proqramları tədris ediləcək. İnteraktiv tədris metodları əsasında keçirilən dərslər Coding Club Kids şirkətinin Python və mobil app instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının proqramçısı Tural Əhmədov və Coding Club Kids şirkətinin veb-dizayn instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının idarə heyətinin üzvü, araşdırmaçı və proqramçısı Tural Sadıqov tərəfindən aparılacaq. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçiriləcək dərslər ödənişsizdir və həftədə 3 dəfə tədris ediləcək. Dərslərə 30 iyul tarixindən start veriləcək və 4 həftə boyunca davam edəcək. Layihədə iştirak etmək üçün 20 iyul 2018-ci il tarixinə qədər Bit.ly/Barama linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Bu layihə çərçivəsində uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqları əldə etmək imkanını qaçırmayın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
5 d. əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
-
- 8 d. əvvəl
- 9 d. əvvəl
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
36 d. əvvəl
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
- 46 d. əvvəl
-
1 saat əvvəl
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
MİDA-da yeni təyinat olub
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Ən çox oxunanlar
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın



















