19 və 36 manata yeni sığorta məhsulları bazara çıxdı
“Atəşgah” Sığorta Şirkəti müştərilərinə yeni sığorta məhsullarını təqdim edir.
Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, iki məhsul və bir paketdən ibarət olan sığorta məhsulları yerli sığorta bazarında yalnız “Atəşgah” Sığorta Şirkəti tərəfindən təklif olunur.
İcbari nəqliyyat sığortası sahibləri üçün nəzərdə tutulan məhsul müştərilərə üç rəngdə təklif olunur: “Sarı” ,“Narıncı” və onların cəmi olan “Al”paketi.
“Sarı” məhsulu üzrə cəmi 19 AZN ödəməklə müştəri, qarşı tərəfin zərəri 5000 AZN-i keçdikdə belə əlavə xərc çəkmir, çünki şirkətin bu məhsulu AVSMMİS-nın “davamı”dır və sığorta təminatının 10,000 AZN –dək artırılmasını nəzərdə tutur.
“Narıncı” məhsulu üzrə 19 AZN ödəməklə müştərinin günahı olmadan, digər nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində, öz avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi üçün də əlavə 5000 AZN ödəniş əldə edə bilər.
“Sarı” və “Narıncı” məhsullarını özündə birləşdirən “Al” paketi isə müştərilərə ikiqat üstünlük qazandırır. Cəmi 36 AZN, ödəməklə müştərinin öz avtonəqliyyat vasitəsinə və yaxud qarşı tərəfin avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə əlavə 5000 AZN təminat əldə etmək mümkün olacaq.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 29 d. əvvəl
-
- 46 d. əvvəl
-
49 d. əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
1 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
Ən çox oxunanlar
İyunun 6-da gözlənilən hava şəraiti
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı






















