Azərbaycan şirkəti ilk dəfə İran və Rusiyaya ixraca başlayacaq
“Bakı Tekstil Fabriki” хüsusi təyinаtlı gеyimlərlə (unifоrmаlаrlа) yаnаşı, dünyа və Avrоpа stаndаrtlаrınа uyğun 5 mindən çох çеşidli trikоtаj məhsulu istеhsаl оlunur, еyni zаmаndа, müхtəlif təyinаtlı dövlət və şirkət şifаrişləri həyаtа kеçirilir. Müəssisənin kоllеktivi trikоtаj istеhsаlı üzrə bir çох qаbаqcıl ölkələrdə təşkil оlunаn trеninqlərdə və ixtisaslaşma mərkəzlərində mütəmadi iştirаk еdir, yеni təkliflər və rеаl prаktikа bаzаsı yаrаdır. Çalışırıq ki, istehsal etdiyimiz məhsullarda milli atributlar üstünlük təşkil etsin.
Bu sözləri müsahibəsində “Bakı Tekstil Fabriki” MMC-nin sədri Səkinə Babayeva deyib.
Ölkəmizdə sahibkarlığın, eləcə də qadın sahibkarlığının inkişafına yaradılan geniş imkanlardan, 2017-ci ildən başlanmış konkret tədbirlərin 2025-ci ilədək davamlı olaraq həyata keçiriləcəyindən söz açan S.Babayeva “Bakı Tekstil Fabriki” MMC-nin yeni strategiyası haqqında da məlumat verib.
O, fabrikin təkcə bir sferada fəaliyyət göstərmək fikrində olmadığını qeyd edərək deyib: “Nəinki məktəbli geyimləri, eyni zamanda, digər yaş kateqoriyalarına aid insanlar üçün də istehlak malları istehsal etməyi planlaşdırırıq. Bir sözlə, bizim müəssisə dövlət standartlarına uyğun müxtəlif çeşidlərdə istehlak mallarının istehsalı ilə məşğuldur. İşimizdə keyfiyyətə üstünlük veririk. Bu isə yerli bazarda tələbatı artırır. Ölkənin ən böyük geyim bazarlarında bizim məhsullara “Made in Azerbaijan” brendi altında rast gələ bilərsiniz”.
Onun sözlərinə görə, müəssisənin məhsullarının xarici bazarlara çıxarılması istiqamətində planlı şəkildə işlər həyata keçirilir:
“İndi əsas məqsəd, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, qeyri-neft sektorunun inkişafında daha aktiv çalışmaqdır. Hazırda yerli bazarda özünəməxsus yeri olan “Bakı Tekstil Fabriki”nin adını yaxın zamanlarda İran və Rusiyadan da eşidə biləcəksiniz. Biz çalışırıq ki, bütün istehsal etdiyimiz məhsullar beynəlxalq standartlara cavab versin. Bu, xarici bazarlara çıxış imkanımızı artırır. “Made in Azerbaijan” brendi bütün dünyada səs salacaq, “Bakı Tekstik Fabriki” də öz məhsullarını xarici bazarlara çıxaracaq. Biz Azərbaycan iqtisadiyyatının sürətli inkişafı üçün səmərəli çalışmaq iqtidarındayıq. Mən xüsusi olaraq “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını qeyd etmək istəyirəm. Bu konsepsiyanın əsas məqsədi respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə səfərbər etməkdir. Dövlətimizin yaratdığı imkanlar qarşılığında biz də səylə çalışmalıyıq”.
S.Babayeva ölkə rəhbərliyi tərəfindən Azərbaycanda qadın sahibkarlığının inkişafının daim dəstəkləndiyini bildirib. O, Azərbaycan hökumətinin ölkədə məşğulluğun və sosial aktivliyin artırılması, habelə əmək qabiliyyətli insanların potensialından maksimum dərəcədə istifadə edilməsi məqsədilə qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması istiqamətində stimullaşdırıcı tədbirlərinin əhəmiyyətini vurğulayıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)


