“Bakıxanov Residence I”in sakinləri "kupça" aldılar
Əmlak Məsələləri Dövlət Komitəsinin əmlakın qeydiyyatı xidmətlərini maksimum əlçatan edən “Kütləvi çıxarış” kampaniyası bütün respublikanı, o cumlədən paytaxt rayonlarını əhatə etməklə davam etdirilir.
Kampaniya regionlarda vətəndaşlara xidmət göstərməklə yanaşı, paytaxtda və respublikanın digər şəhərlərində inşa edilmiş çoxmərtəbəli binalarda mənzil sahibi olan sakinlər üçün də təşkil olunur.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 fevral tarixində keçirilən növbəti “Kütləvi çıxarış” kampaniyasından Sabunçu rayonunun, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ünvanında yerləşən 5 girişli “Bakıxanov Residence I” yaşayış kompleksinin 360 mənzilli binada yaşayan sakinlər faydalanıb. Belə ki, “Bakıxanov Residence I” yaşayış kompleksinin 40-a yaxın sakininə öz mənzillərinə dair hazır çıxarışlar əldə ediblər. Həmçinin bir qisim sakindən çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edilib. Qeyd edilməlidir ki, kampaniya birbaşa olaraq vətəndaşların yaşadığı binanın ünvanında keçirilir. Bununla da bina sakinləri vaxtlarına qənaət edərək, gündəlik işlərindən ayrılmadan, öz ünvanlarında mənzillərində dair çıxarışlar əldə ediblər. Bütün bunlar əlçatanlığı artırmaqla vətəndaş məmnunluğunun yüksəlməsinə xidmət edir. Sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, çox mərtəbəli binaların mənzillərinin çıxarışla təmin olunması çox əhəmiyyətlidir. Belə ki, çıxarış verilən mənzil artıq dövlət tərəfindən qeydiyyata alınan, hüquqi zəmanətli və etibarlı əmlakdır. Belə əmlak istənilən hüquqi əməliyyatlara (alqı-satqı, girov, bağışlama və s.) rahatlıqla cəlb oluna bilir. Yeni tikili binaların (MTK) mənzillərinə çıxarış əldə etmək üçün lazım olan sənədlərə istismara Qəbul aktı (bina üçün), protokoldan çıxarış və maliyyə arayışı daxildir. Vətəndaşlar yuxarıda sadalanan sənədləri komitənin əməkdaşlarına təqdim etməklə birbaşa ünvanlarda hazır çıxarış əldə edə bilərlər.
Xidmətlərin çatdırılması zamanı dövlət rüsumu və xidmət haqqı istisna olmaqla əlavə heç bir ödəniş tələb olunmur. Kampaniya çərçivəsinində vətəndaşların bir qismi komitənin yeni istifadəyə verdiyi “Əmlakın qeydiyyatı kalkulyatorundan” (http://www.emdk.gov.az/calculator/index.html) istifadə edərək sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət etdiklərini bildiriblər.
Kampaniya zamanı vətəndaşlara bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hüquqi məsləhət xidmətləri davam etdirilir. İstənilən vətəndaş daşınmaz əmlakla bağlı rəsmi əməliyyat aparmazdan qabaq bir ünvana – birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edib təmənnasız olaraq hüquqi yardım ala bilirlər. Bundan əlavə komitənin mobil ofis xidmətləri gündəlik olaraq respublikanın müxtəlif ərazilərinə gedərək fərqli növlərdə qeydiyyat xidmətləri göstərir. Bu xidmətlərin həyata keçirilməsində başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirmək və göstərilən xidmətləri daha da sadələşdirməkdir.
“Kütləvi çıxarış” kampaniyasından faydalanmaq istəyən şəxslər 148 saylı çağrı mərkəzi (daxili 1 sonra 5) ilə əlaqə saxlaya bilərlər. Kampaniyanın və mobil ofis xidmətinin keçirildiyi aylıq qrafik komitənin rəsmi internet səhifəsində (https://goo.gl/XgyJyw ) qrafik yerləşdirilir.
Xatırladaq ki, komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
-
1 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
11 d. əvvəl
ABB süni intellekt infrastrukturu qurur - Çox yüksək hesablama gücünə malik serverlər alır
-
- 20 d. əvvəl
-
21 d. əvvəl
İran ordusu Bəhreynin ən böyük telekom operatoruna dron zərbəsi endirib
-
21 d. əvvəl
İranın ən böyük polad istehsalı kompleksinə hava hücumu olub, bəzi hissələr dağıdılıb
-
24 d. əvvəl
"İnvestisiya şirkətləri tərəfindən həyata keçirilən anderraytinqin təşkili üzrə Təlimat" təsdiqlənib
-
26 d. əvvəl
Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır
-
42 d. əvvəl
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək
-
2 saat əvvəl
Rusiya Ukraynanın Luqansk vilayətini tam ələ keçirdiyini açıqlayıb
-
2 saat əvvəl
Hacıqabul Sənaye Parkında yeni şirkət - 15 MİLYON MANATLIQ LAYİHƏ
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
ABB süni intellekt infrastrukturu qurur - Çox yüksək hesablama gücünə malik serverlər alır
Tramp ABŞ-ı NATO-dan çıxara biləcəyini deyib
İranın ən böyük polad istehsalı kompleksinə hava hücumu olub, bəzi hissələr dağıdılıb
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək
Rusiya Ukraynanın Luqansk vilayətini tam ələ keçirdiyini açıqlayıb
Ən çox oxunanlar
Hacıqabul Sənaye Parkında yeni şirkət - 15 MİLYON MANATLIQ LAYİHƏ
"Azərbaycan alüminiumu" ASC ləğv edilir
Güclü yağış nəticəsində 2100 hektara əkinə zərər dəyməsi barədə müraciətlər qeydə alınıb
25 dərəcəyədək isti gözlənilir - Aprelin 2-ə olan hava proqnozu
İnvestisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədək uzadılıb
"Expressbank"ın İdarə Heyətinə YENİ TƏYİNAT
11 gündə 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb, zərər 6 milyon manatdan çoxdur









.jpg)








